Page 43 - pryaxin
P. 43
Xəzər yuxuları
Bir az irәli gedib deyim ki, Kuliçenko Voroninin özünә
demәdәn onu himayә edir, addım-addım mәqsәdә yaxınlaşdırırdı.
O, әvvәlcә Voronini partiya vilayәt komitәsinin ideologiya üzrә
katibi, sonra isә – hansı birinci katibin Moskvada öz adamı
yoxdur ki! – Sov.İKP-nin tәşkilati iş şöbәsinin әmәkdaşı tәyin et-
dirdi.
Tәşkilati iş şöbәsindәn sonra birinci katib olmaq su içmәkdәn
asandır. Ancaq vaxtı çatanda: bizi gözdәn çıxarmaq hәlә tezdir.
Hәlәlik isә başqa dәyişikliklәr baş verdi.
Sergeylә Voroninin arası yaxşı idi. Voronin Sergeyin “Kom-
somolka”da dәrc olunan mәqalәlәrini diqqәtlә izlәyir, imkan
düşәn kimi telefonla, yaxud görüşәndә oxuduqları barәdә fikrini
bildirirdi. Kәnddә müәllim işlәyәn şәhәrli dörd gәnc qız haqqında
oçerk – kәndli qadın düşgünlәri onları kirayә tutduqları evdә dә
rahat buraxmırlar: şәr qarışan kimi, evin qәnşәrindә bitәn qoca
ağcaqayın ağacının başına dırmaşıb tül pәrdәnin arxasından
yaraşıqlı şәhәr qızlarının xәlvәti hәyatını seyr etmәyә çalışırlar;
Sortsınama mәntәqәsindә qarpız yetişdirәn seleksiyaçılar haqqında
mәqalә; Volqaboyu çöllüklәrdә mәşhur tәbiәtşünas, sәyahәtçi
Pallasın sәrgüzәştlәri barәdә araşdırma; Duzlu Elton gölü haqqında
yazı: bir vaxtlar II Nikolayın әmri ilә bu gölün gilli sahilindә
1904–1905-ci illәr rus-yapon müharibәsindә sağlamlığını itirmiş
aşağı rütbәli әsgәrlәr üçün qımızla müalicә mәntәqәsi açılmışdı.
Hәmin müalicәxananın taxta qalıqları indi gölün sahilindә
çürümәkdәdir. Orada yalnız vәrәmdәn müalicә etmirdilәr. Bir
dәfә sәhәr tezdәn Qazaxıstanla sәrhәddә yerlәşәn Elton gölünün
sahilindә gördüyü mәnzәrә heç vaxt yadından çıxmaz: orta yaşlı
bir kişi cavan bir qadını qucağına götürüb suyun içindә irәlilәyirdi.
Gölün dayaz yeri idi – bir kilometrә qәdәr getsәn dә, batmazsan.
Әslindә burada boğulmaq da mümkün deyil: Eltonun suyu pәrqu
döşәk kimidir. Kişi qısa tumandaydı, qadın paltarlı. O, canlı
yükünü, bir dәfә dә olsun, yerә qoymadan, iri çöl quşları sayağı
tәlәsmәdәn, sahildәn әlli metr aralıda dövrә vururdu. Hava o
qәdәr isti idi ki, sudan qalxan buğu gözlә görmәk olurdu. Gün
işığında buğ şәfәqә oxşayırdı: sanki cütlüyün ayağı torpağa, suya
toxunmurdu, elә bil kişi İsa Mәsihin izi ilә yeriyirdi. Bilinmirdi,
43