Page 48 - pryaxin
P. 48
rgi Pryaxin
ticarәtdә işlәmişdi. Alverә haram qatmışdı, ya nә isә, ilişmişdi,
bir neçә ay hәbsxanada yatmalı olmuşdu. Nümunәvi davranışına
görә azadlığa buraxılandan sonra özünü tәmizә çıxarmaq üçün
dәrhal nikaha girmәyi qәrara almışdı. VVAQ әmәkdaşları nikahı
qeydә almaq üçün evә gәlmişdilәr: әlsiz-ayaqsız, şikәst adamı
gözaltılayan qadını öz gözlәri ilә görmәk istәyirdilәr. Aydın idi
ki, bu, qadının birinci evliliyi deyildi, ancaq Yevgeni Dmitriyeviç
belә şeylәrlә maraqlanmırdı – siqnalçılar әsl dәniz canavarlarıdır,
bu gün burdadırlar, sabah başqa yerdә. Ancaq arvad sarıdan onun
bәxti gәtirmişdi. Nәhayәt ki, mәnzilindә qadın nәfәsi, qadın
hәnirtisi duyulurdu – onun ataman arvadı paltar yuyanda da
mahnı oxuyurdu. Gur sәsindәn vanna otağının qapısı titrәyir,
qapı açıq olanda isә dәhlizdәki çilçıraqdan asılmış bәzәk şeylәri
әsib-silkәlәnirdi. Ataman qadın әl işlәrini dә bacarırdı, fürsәt
düşәn kimi nәsә tikir, toxuyur, hәr şeyә naxış vurmağa çalışırdı.
Üstәlik, evdә uşaq da peyda olmuşdu – indi qoca әsgәrin hәm
arvadı, hәm dә nәvәsi vardı: qadının bir qızı da var imiş – necә
ola bilәr ki, ataman ananın gözәl qızı olmasın? Qız Mir prospektinә
nadir hallarda gәlirdi. Deyәsәn, onun övladı da indi nikahda
olduğu kişidәn deyildi…
Yevgeni Dmitriyeviçin sevimli arvadı hökmlü sәslә komanda
vermәyi sevirdi:
– Haydı, süfrә arxasına!
Bu әmr hamıya aid idi: qadının qızı, nәvәsi, Juçka (indi evin
iti dә vardı), әsgәrin yanına tez-tez gәlib-gedәn Sergey, vәziyyәt
dәyişsә dә, evin yolunu yağır elәyәn pionerlәr vә başqa qonaq-
lara… Bu nidaya vә mәtbәxdәn gәlәn lәzzәtli xörәk qoxusuna
dayanmaq çәtin idi. Hamı bir nәfәr kimi yerindәn qalxıb yemәyә
cumurdu. Adama elә gәlirdi ki, qadın bu әmri bir qәdәr dә
ucadan sәslәndirsә, yataq xәstәsi dә yerindәn sıçrayıb onlara
qoşulardı. Sıraya düzlәnәn әsgәr kimi. Yeri gәlmişkәn, qadın ona
hәmişә hәrbi köynәk geydirirdi deyә kişi Ostrovskiyә oxşayırdı.
Deyәsәn, bu köynәkdәn siqnalçının özünün dә xoşu gәlirdi.
Süfrә arxasında әylәşәn böyüklәrә, daha doğrusu, hәrbi mükәllә-
fiyyәti olanlara bir stәkan sәrt araq süzmәyi dә unutmurdular.
Ancaq, görünür, qadının sәsi әsgәri yerindәn qaldıracaq gücdә
deyildi. Әsgәr yalnız azacıq dikәlir, süfrә arxasında әylәşәnlәrә
48