Page 44 - pryaxin
P. 44
rgi Pryaxin

suyun üstündә gәzir, yoxsa havada süzür. Bu mәnzәrә onu
ovsunlamışdı, gözünü onlardan ayıra bilmirdi: çox sakit, dalğın
vә kәdәrli görünürdülәr. Sahildә benzindaşıyan maşın dayanmışdı –
buraya bu maşında gәlmişdilәr. Sergey sual dolu baxışlarını
onları müşayiәt elәyәn komsomol katibinә dikdi:

– Bu nә demәkdir?
– Sonsuzluqdan müalicә olunurlar. Yerli camaat inanır ki,
sonsuzluqdan qurtulmaq üçün, sәhәr tezdәn әr öz arvadını qolları
üstünә alıb, Eltonun sularında gәzdirmәlidir…
Hә dә… Rus-yapon müharibәsindә vuruşmuş әsgәrlәrin
xәlәflәri qırxıncı illәrdә almanlara qarşı döyüşürdü, o vaxtlar
insan qıtlığı yox idi.
Bu mәqalәlәr komsomolun hәyatından bәhs etmәsә dә, onları
hәvәslә dәrc edirdilәr: Sergey “Komsomolka”da hökm sürәn ab-
havaya uyğun yazılar yazırdı. O illәrdә “Komsomolskaya Pravda”
növbәtçi-komsomol qәzetindәn daha çox, yazıçıların nәşrinә ox-
şayırdı. Voronin heç vaxt Sergeyi yönlәndirmir, “komsomolun
hәyatından yaz” deyә tәlәb irәli sürmürdü. Sergey sadәcә gördük-
lәrini yazırdı, bir qәdәr bellestrik formada olsa da. Volqoqrad vi-
layәtindә anadan olmuş Voronin bu mәqalәlәri oxuduqca tәәccüb-
lәnir, qaşlarını çatırdı: maraqlıdır!

***

Bir dәfә Sergey iflic olmuş Böyük Vәtәn müharibәsi veteranı
haqqında mәqalә yazmışdı. Keçmiş Stalinqrad, indiki Volqoqradda
iflic olmuş müharibә veteranları çoxdur. Amma belәsinә az-az
rast gәlinir. Birincisi nisbәtәn cavan adam idi: müharibәnin lap
sonlarında donanmada matros şagirdi, siqnalçı, ikincisi isә әllinci
illәrin әvvәlindә qәnimәt alınmış “Yuli Sezar” adlı italyan
linkorunda starşina (sonradan adını dәyişdirib “Novorossiysk”
qoymuşdular) olmuşdu. Bu gәmi 1956-cı il, oktyabrın 25-dә Se-
vastopol sularına qәrq olmuş, yüzlәrlә dәnizçini özüylә birgә
dәnizin dibinә gömmüşdü. Qәza zamanı maşın bölmәsinin lüklәrini

44
   39   40   41   42   43   44   45   46   47   48   49