Page 42 - pryaxin
P. 42
rgi Pryaxin
O, görkәmindәn dә rahib olmağa hazırlaşan adama oxşayırdı:
hәmişә sonacan düymәlәnirdi, başını ehtiramla azacıq yana әyirdi,
ancaq gözlüyün qalın şüşәlәri arxasından bәrәlәn gözlәrindә
şәfqәt qığılcımları parlamır, niyәsә sәsi dә titrәmir.
Vilayәt Partiya Komitәsinin birinci katibi Kuliçenko onun
xәtrini çox istәyir, başqalarına nümunә göstәrirdi. İlk növbәdә
ona görә ki, Voronin ona oxşamırdı. Kuliçenko çuqun külçәsi
kimi ağır adam idi, böyük tәcrübәsi olan insan kimi ad çıxarmışdı.
Belәlәri haqqında deyirlәr ki, akademiya-filan bitirmәyib, ancaq
hәyatın içindәdir, insanlara yaxındır. Düzdür, Moskvadakı
müdiriyyәtdәn qorxduğu qәdәr heç nәdәn qorxmur; hәr dәfә
stolun üstündәki iri, ağır telefon sәslәnәndә hamını otaqdan
çıxarırdı. Hәtta kömәkçisini dә. Bu cür mәsuliyyәtli danışıqlarda
kömәkçiyә ehtiyac yoxdur. Özümüz baş çıxararıq.
Voronin Kuliçenkonun әtrafındakı adamlara da oxşamırdı; o
adamlar ki dәmir kimi pas atıblar, amma müdirin qılığına girmәk
üçün hәlә dә mәktәbli sәsi ilә danışırlar; sәslәri isә elә bil pambıq
doldurulmuş quyudan gәlir. Belәsinin üstünә qışqıran kimi özünü
itirir, tir-tir titrәmәyә başlayır. Sәsi batır, dәyişilir, elә bil pambığa
qamçı vurursan. Nә deyirsiniz deyin, insan materialı çox nöqsanlıdır,
kәm-kәsiri çoxdur. İnsanı başqa materialdan yoğurmaq lazımdır –
insana daha çox oxşasın deyә.
Voronin isә başqa adamdır.
Kuliçenko onu hәlә Rayon Komsomol Komitәsindә görüb
tanımışdı vә altdan-altdan ona göz qoyurdu: nәdәnsә istәyirdi ki,
Xam torpaqların havasına-suyuna alışmış sәrt tәbiәtli Sahibin,
Atanın (şәraitdәn asılı olaraq, “farağat” vә ya “azad” vәziyyәtindә
dayanan insanlar vilayәtdә onu bu adlarla çağırırdılar) yerinә
gәlәcәkdә mәhz Voronin gәlsin.
Elә bil kimsә bu Qoca Canavarın fikrinә salmışdı ki, onları
bu cür tәhsilli, sakit, cavan adamlar әvәzlәmәsә, bütün әmәyi
zay olacaq, hәr şey korlanacaq.
Çәtinliyә düşәn kimi qorxudan dizlәri titrәmәyәn adamlardan
Kuliçenkonun xoşu gәlirdi. O, lovğalıqda özünәbәnzәr adamları
çoxaltmaq fikrindәn uzaq idi. Bilirdi, dәrisiylә hiss edirdi: bu,
tәkcә partiyanın gerilәmәsi deyil, hәm dә genetik tәnәzzüldür.
42