Page 46 - pryaxin
P. 46
rgi Pryaxin
istehsal olunmuş, pultla idarә olunan böyük bir maqnitofon
bağışladı. Yaxşı ki, Yevgeni Dmitriyeviç sağ әlinin bir neçә
barmağını, hәlә ki, tәrpәdә bilirdi. Voronin pioner dәstә rәhbәrlәrini
dә sәfәrbәr etmişdi, onlar tez-tez qoca әsgәri yoluxmağa gәlirdilәr.
Növbәti dәfә öz qәhrәmanına baş çәkmәyә gәlәndә, Sergey onu
tanımadı: o, kraxmallı yumşaq yorğan-döşәkdә uzanmışdı, otaqda
sәliqә-sahman hökm sürürdü. Onun qulluğunda dayanan boy-
buxunlu, yaraşıqlı, boynu qalstuklu gözәl qız әlindә lira tutan
muzaya bәnzәyirdi. Sergeyin az qala nәfәsi tutulacaqdı – qızın
gözәlliyinә heyran olmuşdu: qulluqçu qız hardansa bu tәnha
kişinin kommunal mәnzilindә peyda olmuş su pәrisinә oxşayırdı.
– Şәhәrin әn yaxşı pioner dәstә rәhbәridir! – Sergeyin
karıxdığını, qıza heyranlıqla baxdığını görәn qoca әsgәr bic-bic
göz vurdu.
– Şәhәrin әn yaxşı pioner dәstә rәhbәri… – qız gülә-gülә
tanışlıq verdi vә o vaxtlar şәhәr parklarındakı gipsdәn düzәldilmiş
ağ pioner heykәllәri kimi dimdik dayanıb әlini ona uzatdı. Sanki
gözlәnilmәz hәdiyyә almış Sergey bir anlığa özünü itirdi: ilahi,
bu qızın tәkcә gözlәri gülmürdü, onun firuzәyiyә çalan mavi
gözlәri, dırnaqlarına nәqş etdirdiyi qırmızı lәçәklәr, bütün әndamı
әtrafa elә bil qığılcım sәpirdi. – Әn yaxşı qәzetin әn yaxşı
müxbirinә salam! – qız sözünә davam etdi. O, barmaqlarını bir-
birinә sıxıb әlini әsgәrsayağı alnına tutdu, sanki bu dözülmәz
Volqoqrad istisindә gözlәrini günәş işığından qoruyurdu.
– Mәni hardan tanıyırsınız?
– Şәhәrimizdә mәşhur adamsınız, sizi kim tanımır ki?
– Hә dә, – Sergey gülümsündü, – şәhәrdә mәni dәli kimi
tanıyırlar.
Mәtbәxdә iş görәn pionerlәri (birdәn-birә mәşhurlaşan kom-
munal mәnzilә gәlib-gedәn çox idi, stәkanları tez-tez yumaq
lazım gәlirdi) bir-birinin ardınca evә yola saldılar. Sonra pioner
dәstә rәhbәri Yevgeni Dmitriyeviçin çarpayısının yanındakı kәtilin
üstünә şampan şәrabı, qrafindә araq, pomidor-xiyar, donuz piyi
qoydu. Söhbәt әsnasında mәlum oldu ki, sәn demә, әn yaxşı
pioner dәstә rәhbәri “Komsomolskaya Pravda”nın kәnd tәsәrrüfatı
şöbәsinin әn yaxşı müxbirinin yerlisiymiş. Bayaqdan çarpayıda
sakitcә uzanmış xәstә indi sapsağlam görünürdü.
46