Page 50 - pryaxin
P. 50
rgi Pryaxin

dolu baxışlarını ataman qadına zillәdi. Qadın sakitcә başını
yellәdi:

– Elәdir. Onsuz mәn kimәm ki? Onunla özümü adam kimi
hiss edirdim.

Bax belә! Bu qadını әvvәlcәdәn hәbs düşәrgәsinә yox,
Lesnikovun yanına göndәrsәydilәr, bәdbәxtin ömrü uzanardı.

– Sergey, xahiş edirәm, onun öldüyünü yazmayın, – qadın,
jurnalisti qabaqlamağa çalışdı. – Qoy oxucularınız elә bilsin,
hәlә yaşayır…

Nәticәdә qәzetlәr qadının özü barәdә yazmağa başladılar:
onu “şәfqәt bacısı”, “Tereza ana” adlandırırdılar. Belәcә, dünәnki
ataman-ana bugünkü Tereza anaya çevrildi. Yaşlı, xәstә әsgәrin
yazdığı kitab da tamamlanmışdı. Doğrudur, kitabı Moskvaya
gәtirib şәxsәn Sergeyin özünә tәhvil verәn pioner dәstә rәhbәri
әvvәlcә buradakı orfoqrafiya sәhvlәrini düzәltmişdi. Sergeyin
dәstәyi ilә kitabı müәllifin sağlığında “Detqiz” nәşriyyatında çap
elәdilәr. Kitab “Dayan! Vuracağam!” adlanırdı. Demәli, belә:
öyrәdilmiş tutuquşu kolluqların arxasından yoğun partizan sәsi
ilә söyüş söyәrәk, faşistlәri vahimәyә salır.

Deyәsәn, әsәrdә söyüş yazmağı ataman qadın Lesnikovun
ağlına salmışdı. Ümumiyyәtlә, bu qadın işә qarışandan sonra ki-
tabın bәxti açıldı. O mәnada ki, hәm kitabla bağlı işlәr sürәtlәnmiş,
hәm dә әsәr daha oxunaqlı olmuşdu. O qәdәr “oxunaqlı” olmuşdu
ki, “Detqiz” әsәrdә tutuquşunun küçә söyüşlәrinin yer aldığı his-
sәlәri ixtisar etmәk mәcburiyyәtindә qalmışdı: neylәmәk olar,
başqa zәmanә idi. Bu da sizә Voronin: adam nә әsәrin bәdii
keyfiyyәtinә, nә dә әsgәrin sidik ifrazatı yollarının fәaliyyәtinә
müsbәt tәsir göstәrә bilmәdi!

50
   45   46   47   48   49   50   51   52   53   54   55