Page 51 - pryaxin
P. 51
Xəzər yuxuları

***

İkinci hadisә bundan da maraqlıdır.
Müharibә Stalinqrad – Volqoqradın “iliyinә” işlәmişdi, şәhәr
bu mәrәzdәn çox çәtinliklә qurtardı. Bu, qazdan zәhәrlәnmiş
adamın yavaş-yavaş özünә gәlmәsini xatırladırdı. Tipik bir
mәnzәrә. Bir dәfә yeni tikilmiş çoxmәrtәbәli binaya yaxınlaşanda
(ona bu binada mәnzil vermişdilәr) Sergey gördü ki, uşaqlar
qәribә bir әşyayla oynayır. Yaxınlaşıb onu әlinә götürdü: sәn
demә, yetmiş iki millimetrlik topun mәrmisiymiş. Yaxşı ki,
mәrminin partladıcısı çıxarılmışdı. Çox güman ki, ekskavatorla
vә ya buldozerlә özül yeri qazan inşaatçılar bu mәrmini tapmış,
fitilini çıxarıb bir kәnara tullamışdılar. O vaxtlar heç kәs milisә
müraciәt elәyib, özünü işә salmaq istәmirdi. Belә şeylәr tapanda,
әl-ayağa dolaşmasın deyә götürüb kәnara atırdılar, vәssalam.
Aydın mәsәlәdir, böyüklәrin әl-ayağına dolaşan hәr şey gec-tez
kiçiklәrin әlinә keçir. Belә şeylәri onlar göydәndüşmә hәdiyyә
kimi qәbul edirlәr, sanki ömurboyu bunun hәsrәtindә olublar.
Özü dә tapdıqları әşya nә qәdәr tәhlükәlidirsә, onlar üçün o
qәdәr әhәmiyyәtlidir. Odur ki, әn nümunәvi pionerlәr vә ok-
tyabryatlar da tapdıqları әşyanı milis şöbәsinә vә ya metal
qırıntıları toplayan mәntәqәyә yox, birbaşa sınaq poliqonuna
aparırdılar. Bu uşaqlar tәkcә gәlәcәyin ekskavatorçuları vә
buldozerçilәri deyildilәr, belә mәqamlarda onlar özlәrini Kulibin,
Rezerford kimi hiss edirdilәr. Axı odla oynamaqdan böyüklәrin
dә xoşu gәlir.
Sergey pioner dәstә rәhbәri rolunda çıxış etmәli oldu: dәfinә
axtarışına çıxan uşaqları mәrmidәn uzaqlaşdırıb, telefon-avtomatla
milis çağırdı vә öz “diplomat”ının üstündә oturub gözlәmәyә
başladı. O vaxtlar çәkisi az idi, bu cür konstruksiyaların üstündә
rahatca otura bilirdi. İndi isә möhkәm, davamlı tapdıqin kreslolarına
oturanda belә ehtiyat elәyir.
Sergey mәrminin qarovulunda dayanmışdı, pioner-oktyabryatlar
isә yaxınlıqda dayanıb ona göz qoyurdular: bu adam onların
tapıntısını götürüb aradan çıxa bilәrdi. Hәm dә mәrminin

51
   46   47   48   49   50   51   52   53   54   55   56