Page 28 - pryaxin
P. 28
rgi Pryaxin
Bәlkә dә, bu quldur dәstәsi o qәdәr pisliklәr edib, rus qanı axıdıb
ki, hamı boğaza yığılıb… bütün bunları gözü qızmış döyüşçülәr
elәyib, kameraya çәkmәk fikirlәri olmayıb. Ancaq fәrqi yoxdur,
bağışlamayacaqlar! Oğul-uşaqları da xatırlayacaq, nәvә-nәticәlәri
dә.
Bunu nә mәqsәdlә çәkiblәr axı? Bu videonu çәkmәklә
başqalarının gözünü qorxutmaq niyyәti güdüblәrsә, bu, daha
böyük axmaqlıqdır: bu hәna o hәnadan deyil.
İstәnilәn halda, dәhşәtdir, buna başqa ad vermәk mümkün
deyil. Hara baxırsan, qәddarlıq, amansızlıq görürsәn. Әvvәlcә
düşmәnә münasibәtdәn başlayan nifrәt xәstәlik kimi şiddәtlәnib,
hәr şeyi, hәr kәsi öz ağuşuna alır. İnsanlar isә çox zaman bunun
fәrqindә olmur.
Bütün Rusiya meyit qoxuyur.
Bir neçә ay sonra televizorda buna bәnzәr başqa bir mәnzәrә
gördü. Bu dәfә Çeçenistanda yox, Moskvanın özündә, Şeremet-
yevoda çәkilmiş reportaj idi. Bildiyiniz kimi, Şeremetyevo ölkәnin
qapısı, vizit kartıdır. Jurnalist, naşir Artyom Borovikin ölümü
haqqında danışırdılar. Yeri gәlmişkәn, Artyom neft maqnatı,
çeçen Ziya Bajayevlә birgә hәlak olmuşdu. Özü dә Bajayevin
tәyyarәsindә. Elә hәmin gün – qәzadan iki saat sonra Sergeyin
özü dә qızıyla birgә tәyyarәylә bu aeroporta enmişdi. Ancaq
artıq qәzadan әsәr-әlamәt qalmamışdı. Martın doqquzu idi, hәr
yer buz bağlamışdı. Uçuş zolağında vә әtrafında qeyri-adi heç nә
gözә dәymirdi. Yәni hәlak olanların cәsәdlәrini sakitcә, xәrәkdә
qәza yerindәn çıxarmaq, onlarla insan kimi davranmaq olardı.
Ancaq olmadı. Onları da – özününkülәr özününkülәri – hadisә
yerindәn sürüyә-sürüyә çıxardılar. Qәddarlıq artır, hiss edilmәdәn,
yavaş-yavaş artan karlıq vә ya gözlәrdәki katarakta kimi… Canlı
hәyat elә bil qart bağlayıb. Biz artıq onu görmәk, eşitmәk
iqtidarında deyilik. Nә kәnarda, nә dә öz daxilimizdә. Öyrәşmişik.
Bizimlә qarşı-qarşıya dayanan millәtin içәrisindә elә adamlar
var ki, nifrәt vә kinlә yaşamaq istәmir. Sergey әmindir ki, dәrhal
onlara әl uzatmaq lazımdır. Düzdür, onların sayı azdır. Aydın
mәsәlәdir: nifrәt, kin vә әdavәt hissi hamını birdәn çulğayır,
28