Page 23 - pryaxin
P. 23
Xəzər yuxuları

dәvәlәr böyük, cırıltılı çarxı fırladır, buz kimi soyuq suyu anbarlara
vururdu. Daş novla hәrәkәt edәn Kuma suyu mәhz bu yerlәrdәn
keçib-gedirdi. Gәlәcәkdә burada kilsә vә kişi monastırı, sonradan
onların xarabalıqları üzәrindә isә xәstәxana tikilәcәkdi. Saraylara
vә asma bağlara sarı uzanan nov axan suların necә dәyişdiyindәn
xәbәrsiz idi… Sarımtıl şәffaf su birdәn-birә al-qırmızı rәngә
boyanmışdı: xәstәxananın yerlәşdiyi әrazidә çağlayan bulaqlar
axıb Kuma çayına tökülürdü. Uzun әsrlәrin mürgüsündәn ayılan
çay bu qırmızı vәsvәsәnin tәsirindәn diksindi. Görünür, su, fanilik
vә qan bir-birinә daha uyğun anlayışlardır. Qan vә sevgi bu
uyğunluğun kölgәsindә qalır.

Belә çıxır ki, Mamay, Budyonnovskun ilk yetimxana uşağı
olub.

Sergeyin böyüyüb boya-başa çatdığı internatda әn hәssas
uşaqlar özünü Mamayın sәlәfi sayırdı. Yiyәsiz-sahibsiz qalmış
mal-mülk onlara rahatlıq vermirdi. Burada itirilmiş imperiyanın
coğrafi konturları yox, әllә tutula, gözlә görülә bilәn daha nәlәrsә
nәzәrdә tutulur. Bir vaxtlar Mamayın döyüş arabası şәhәr kәnarında
qadın lәtafәti ilә uyuyan Buyvol gölünün duzlu sularına qәrq
olmuşdu. Bunu bütün şәhәr bilirdi. Bu xәbәr nәsildәn-nәslә
ötürülürdü. Qәribәdir, Mamayın Kulikovo çöllüyünә doğru mәhz
Macardan, yәni Budyonnovskdan yola çıxdığını öyrәnәndә Sergey
artıq yaşlaşmışdı. Ancaq bәxtsiz fatehin qızıla tutulmuş döyüş
arabasının suda batdığını internata gәldiyi ilk gündәn bilirdi. O,
internatın vә belә demәk olarsa, şәhәrin kandarına eyni vaxtda
qәdәm basmışdı: onu buraya Noqay bozqırlarından gәtirmişdilәr;
yaz aylarında başını itirmiş sünbülqıranı yuvasından su ilә necә
çıxarırlarsa, onu da elәcә, anası ölәndәn sonra yurd-yuvasından
perik salıb internata tәhvil vermişdilәr.

Mamayın muzdluları, әlaltıları arasında genuyalılar da vardı –
bәlkә dә, döyüş arabasını orada, Appenindә düzәldiblәrmiş.

Mamayın arabasını internat uşaqlarından savayı, axtaran yox
idi. Bu әnәnә dә burada nәsildәn-nәslә ötürülürdü. Şәhәrin
ölkәşünasları vә macәraaxtaranları altı üstünә çevrilmiş Macarı
qazmağa davam edir, ağ naxışlı daş plitәlәrin firuzәyi parçalarını,
mixi yazılarıyla şifrәlәnmiş qәbir daşlarını, pas atmış sikkәlәri
vә üzәngilәri daşıyıb aparırdılar.

23
   18   19   20   21   22   23   24   25   26   27   28