Page 18 - pryaxin
P. 18
rgi Pryaxin
– Sәni qardaşınla sәhv salıb, – heykәl pıçıltıyla dedi. Başqa
şәraitdә Sergey onu tanımazdı: bu gözüiti, sivriburun, nazikbәdәn,
diqqәtlә baxanda heç dә heykәlә oxşamayan qadını axırıncı dәfә
otuz il bundan qabaq görmüşdü.
Qaya vә ya odun parçasını yonub heykәl düzәldirlәr. Hәyat
isә modernist heykәltәraşdır: qız uşağını götürüb peyinqurdu
kimi diyirlәyә-diyirlәyә, onu oduna vә ya qaya parçasına çevirir.
Sergey nәdәnsә çeçәdi vә tәlәsik otaqdan çıxdı.
Hәlә dә xәstәxananın dәhlizlәrini dolaşan Musa baş hәkimә…
yox, messa zamanı papa vikarisinә oxşayırdı.
Doxsan beşinci ilin avqust hadisәlәrinin baş verdiyi hüznlü
yerlәrә bir-bir baş çәkdik. Vertolyot polkunda xidmәt etmiş
hәrbçinin – şәhәr camaatının hayına yetmәk üçün tәlәsәn, ancaq
elә minik maşınındaca güllәbaran edilәn әsgәrin abidәsi; hәlak
olmuş milisionerlәrin abidәsi. Milis idarәsinin yenicә tikilmiş
binası çat vermişdi, onu metal şvellerlәrlә bәrkitmişdilәr. Önündә
heykәl qoyulmuş kәrpic tikilinin yanına gәldilәr, Musa gözünü
qaldırıb binaya baxmadan (o, indicә Sergeylә birgә әklil qoyduqları
cilalanmış mәrmәrdәn gözünü çәkmirdi) dedi:
– Tәmir üçün pul ayırmaq lazımdır… – sanki Sergey onun
baş xәzinәdarı idi.
Onları xeyli adam müşayiәt edirdi: burada şәhәr hakimiyyәti
nümayәndәlәrindәn tutmuş, avaragor adamlara qәdәr hәr kәsә
rast gәlmәk olardı. Sergey Musaya yaxın dayanmağa çalışırdı:
hәr halda, bu hörmәtli çeçeni doxsan beşinci ildә elә çeçenlәrin
özünün viran qoyduğu şәhәrә o gәtirmişdi, indi ondan muğayat
olmalı idi. Allah elәmәmiş, başına bir iş gәlsә, qanı üstündә
qalacaqdı. Musa özüylә cangüdәn gәtirmәmişdi, baxmayraq ki,
indiki zamanda az-çox pullu adamların hamısının böyür-başı
cangüdәnlә doludur – üzәrinә xaşxaş sәpilmiş kömbәyә oxşayırlar.
Әlbәttә, Sergey o dәrәcәdә ağılsız deyil ki, özünü mәlum filmdәki
Kevin Kostner kimi aparsın. Sadәcә ona yaxın olmaq lazım idi,
qoy fikirlәşmәsin ki, qorxur, hәr ehtimala qarşı, işini ehtiyatlı
tutur. Yaxud qәsdәn aralıda dayanır ki, kütlәdәn: “Çeçenlәrә
satılmısan, yerli?” – tipli iradlar eşitmәsin.
Sergey şәhәrdә tanınan adam idi. Vaxt vardı, o gәlәndә dә
şәhәrdә hamı bir-birinә dәyәrdi, yerli mәmurlar onun sözünü
havada tutar, qulluğunda dayanardı. Burada heç kәs Sergeyә әl
18