Page 22 - pryaxin
P. 22
rgi Pryaxin

***

Budyonnovsk xәstәxanasında çeçen uşağı – onu sanki
xәstәxananın özü dünyaya gәtirmişdi. Hәr ehtimala qarşı. Onda,
doxsan beşinci ilin avqustunda köhnә Budyonnovsk
xәstәxanasındakı hamilә qadınları pәncәrәlәrin önünә düzürdülәr
ki, xüsusi tәyinatlılar atәş açmasın. Xәstәxananın pәncәrәlәri
kiçik olduğundan, әsgәrlәr yalnız qadınların irilәnmiş, qabarıq
qarınlarını görürdülәr. Bir vaxtlar burada Şimali Qafqazın әn
böyük kilsәsi yerlәşirdi. Sovet vaxtı bu qәdim kilsәni yerlә-
yeksan etmiş, xәstәxananı da onun dәmir kimi bәrkimiş
kәrpiclәrindәn tikmişdilәr.

Bu kilsә bir vaxtlar Tver knyazı Mixailin xatirәsinә tikilibmiş:
deyilәnә görә, monqol-tatar döyüşçülәri knyazı burada, Kuma
çayının dik sahilindә öldürüblәr… Bizim münbit cәnub torpaqları
qanla suvarılıb.

Bu torpaqlar nә qәdәr qanlı-qadalı hadisәlәrin şahidi olub.
Sәn demә, Mamay Kulikov düzәngahına buradan, Budyonnovskdan
gedib. O vaxtkı Macar şәhәrindәn. Sergey qalın üzlü tarixi
kitabdan bu barәdә oxuyanda tüklәri biz-biz olmuşdu. Sanki orta
әsrlәrdәn әsәn külәyin sәrinliyini, çöllüklәrdә at çapan hansısa
savaşçının nәfәsini üzündә hiss etmiş, sifәti allanmışdı. Mәnim
oğul nәvәm kimi. Nağıllar, әfsanәlәr alәmindә yaşayan oğlan
qovuqcuğu xatırladır, üfürsәn havalanar.

Mamay Qızıl Ordada, onun paytaxtında yaşaya bilmәzdi.
Çünki Çingizin nәslindәn deyildi, legitim hökmdar sayılmırdı,
bastard idi. Bu sәbәbdәn dә yolların kәsişmәsindә yerlәşәn Macar
şәhәrini özünә paytaxt seçmişdi. Avropadan Orta Asiyaya vә
Çinә, İrandan vә Qafqazdan Şimala aparan yolların hamısı
buradan keçirdi. Bu şәhәrdә ipәkdәn tutmuş samur xәzinә, qızıl
külçәlәrinә, saxta dukatlara qәdәr hәr şey görmәk olardı.
Ayıbalasından tikilmiş saraylar, onların minalı tava daşıyla
döşәnmiş hәyәtlәri, buruq-buruq üzüm tәnәklәri ilә örtüldüyündәn,
yaşlı adamların damarlı әllәrinә oxşayan divarlar, daşdan düzәldilmiş
novçalar şәhәri sirli-sehrli mәkana oxşadırdı. Qәdim tәsvirlәrdә
olduğu kimi, bir-birinin ardınca ağır addımlarla dövrә vuran

22
   17   18   19   20   21   22   23   24   25   26   27