Page 17 - pryaxin
P. 17
Xəzər yuxuları

әtrafında bir aeroplan belә yox idi. Sergeyin uzaq qohumları nә
vaxtsa burada yaşamışdılar. Bir dәfә uşaqkәn anası onu buraya
gәtirmişdi. Sergey yaxşı xatırlayır – qohumlarından birinin,
cavan, canıbәrk oğlanın bir qolu ağacdan idi. O, sağ qolu ilә
protez qolunu dirsәkdәn bükür, sonra qәfildәn buraxırdı. Protez
qol sıxılmış yay kimi sürәtlә açılır, dümdüz dayanırdı. “Bax,
mәn belә dalaşıram” – oğlan Sergeyin qulağına demişdi, heç
davakar adama oxşamasa da.”

Haçansa zәbt edilmiş bu torpaqlarda “Yeni hәyat” adlanan
kolxoz qurmuşdular. İndi onların hamısı bir araya gәlmişdi:
Çkalov, tәyyarәlәr vә bәzәn ölümdәn seçilmәyәn yeni, yepyeni
hәyat.

Budyonnovska mayın 1-dә gәldilәr. Zәhmәtkeşlәrin nümayi-
şindә fәxri qonaqlar kimi iştirak etdilәr. Taxta tribunadan
zәhmәtkeşlәrin nizamsız yürüşünü salamlayan bankir – söz yox,
maraqlı mәnzәrәdir. Kitabları ağzınacan dolmuş akt zalında tәhvil
verdilәr – Musa aşağıda, parterdә qaldı, Sergey isә sәhnәyә
qalxdı. Sonra xәstәxanaya gәldilәr. Üçüncü nәsil antibiotiklәr
almaq üçün burada Musa onlara pul ayırdığını bәyan etdi.
Mәsәlәnin nә yerdә olduğunu bilәndә, Sergey heyrәtini gizlәdә
bilmәdi: sәn demә, hәkimlәrin körpә uşaq kimi әldәn-әlә ötürüb
baş hәkimә (yaşından cavan görünәn qadın heykәlini xatırladırdı)
verdiyi kiçik qutunun içinә Musa üç min dollar qoyubmuş.

Onlara da kraxmallanmış, xışıldayan ağ xalatlar geydirib,
palataları gәzdirmәyә başladılar. Yeri gәlmişkәn, bu palatalar
әsasәn zahı qadınlar üçün nәzәrdә tutulmuşdu. Sergey onları
müşayiәt edәn kütlәnin gözündәn yayınıb özünü neyrocәrrahiyyә
şöbәsinә saldı. Qardaşının arvad qohumlarından biri burada
yatırdı: bir vaxtlar internatda birgә oxumuşdular. Dünәn Sergeydәn
xahiş etmişdilәr ki, ona baş çәksin. O, sәrxoş vәziyyәtdә yıxılıb
beyin zәdәsi almışdı. Sergey onunla atüstü söhbәt elәdi, deyәsәn,
xәstәnin ağlı yerindәydi. Ancaq vidalaşmaq mәqamı gәlәndә,
şәrabçılıq sovxozunun uğurlu әmәliyyat keçirmiş briqadiri xahiş
elәdi ki, “Moskvada Seryoja”ya salam çatdırsın. Sergeylә xәstәnin
arvadı, gecәsini gündüzünә qatıb, kirimişcә çarpayının baş
tәrәfindә oturan (oturan heykәl) briqadirlә baxışdılar.

17
   12   13   14   15   16   17   18   19   20   21   22