Page 12 - pryaxin
P. 12
rgi Pryaxin
biznes, sonra “qalib” yolunu azmasın deyә onların hәrәsinә bir
Saveliç dә tәhkim edir) sifәtinin qırmızısı hәlә getmәmişdi,
gümrah adam idi, bәdәni sanki çuqun sobada tökülmüşdü. Anton
Petroviç dünәn mobil telefonla Nәcibә zәng vurub lazımi
göstәrişlәrini vermişdi. Ertәsi gün onlar sahilә bağlanmış yük
teploxodunda toplaşıb Nәcibi gözlәmәyә başladılar. Çimәrlik
paltarı geymiş Nәcibin sürüb gәldiyi “uçan hollandiyalı”
(“Dubaylı”desәk, lap yerinә düşәr) onların götürdüyü qazanın
görkәmi ilә (bax bu qazanın işlәr idarәsinin mülkiyyәti olduğuna
şübhә yox idi) heç uyuşmurdu. Kater ildırım sürәtiylә “vilayәt
komitәsinin seyrangahı” adlandırdığımız yük teploxodunun paslı
bortuna yan aldı. Sergey istәr-istәmәz fikirlәşdi ki, görәsәn,
Anton Pavloviç hansısa suda-quruda yaşayan, yerin altında
eşәlәnәn “lukoyl”ların yox, mәhz bu efir qüvvәlәrinin irәli çәkdiyi
adam deyil ki?.. Nәciblә Anton Pavloviçin dәrilәri dә buralarda
yanıb-qaralana oxşamırdı. Deyәsәn, ikisi dә Dubay günәşindә
qaralmışdı.
Skuter әtli-qanlı payız ördәyinә oxşayırdı. Arxa hissәsi suya
çökmüşdü – ördәk kimi, skuterin dә arxası daha ağırdır. Skuter
indi tüklü kişi әlindә itib-batan yonulmuş stәkana oxşayırdı.
Skuterin haradasa arxada gizlәdilәn motoru qәfәsә salınmış vәhşi
heyvan kimi çılğın vә güclü idi. Motor özünün köpüklәndirdiyi
suya dalaraq әsib-titrәdi, sonra bu ehtiraslı titrәyişlәri skuterin
gövdәsinә ötürdü vә onu yuxarıya doğru itәlәmәyә başladı.
Skuterin burnu takt tuturmuş kimi qalxıb-enәrәk, Volqanın soyuq
sularına çırpılırdı. Sanki tavaya fәsәli salırsan. Sergeylә yekәpәr
Nәcibin ağırlığı skuterin arxa hissәsindә cәmlәşmiş ağırlığı vә
gücü tarazlaşdırmaq üçün kifayәt elәmirdi.
Nәcib “Şar üstündә oturmuş qız”dakı statist kimi dümdüz
oturmuşdu. Az qala skuterin üzәrindә uzanmış Sergey isә yaya
qoyulan oxu xatırladırdı. Elә bil indicә onu vıyıltıyla üfüqә sarı
atacaqdılar. Odur ki, Nәcib vә digәrlәri üzür, Sergey isә uçurdu.
Kater hәr dәfә burnunu qaldırıb balıqları parıltılı yonqar kimi
pәrәn-pәrәn saldıqca Sergeyә elә gәlirdi ki, sifәtini stola çırpırlar.
Yәqin, şuluqluq etmәsin deyә…
Katerin gözәl, qabarıq ön şüşәsi var – ilk havalanan tәyyarәlәrdә
olduğu kimi. Ancaq onların sürәtini indi ana Volqada şütüyәn
12