Page 10 - pryaxin
P. 10
rgi Pryaxin
Arxa tәrәfdә içirdilәr. Hәlә üç saatdan çox yol getmәliydilәr.
Katerdәkilәr uşaq-muşaq deyildi, köhnәnin adamlarıydı, necә
gәldi, tәlәm-tәlәsik yox, lәzzәti uzada-uzada içirdilәr: yavaş-
yavaş üzlәri qızarmağa başlamışdı, arabir eşidilәn gülüş sәslәri
mәnzilbaşına çatanacan kәsilmәyәcәkdi. Sergey qabaq tәrәfdә
yarıuzanılı vәziyyәtdә döşәmәyә dirsәklәnib, ümumi söhbәtdә
onun yalnız yalın ayaqları iştirak edir. Ancaq vaxtaşırı stәkanını
arxaya uzatmağı yaddan çıxarmır, kimsә oradan sәxavәtlә onun
stәkanına viski süzürdü. Sergey bir stәkanı boşaldana kimi
arxadakılar bir neçә dәfә fasilә verirdilәr – onlar birlikdә araq
içir, stәkanı başlarına çәkirdilәr, o isә aramla, qurtum-qurtum
içmәyi xoşlayırdı: yavaş-yavaş, dostlar, tәlәsmәyin, asta gedәn
usta gedәr… Arxa tәrәfdә şirin söhbәt gedirdi.
Kateri Nәcib idarә edirdi. Düz eşitdiniz – Nәcibulla. Onunla
tanış olanda Sergey soruşmaq istәmişdi: “Bәlkә, Nәcibullasan?”
Ancaq fikrindәn daşınmışdı.
Rus mәmurların vә varlıların – hazırda bu sozlәr sinonim
kimi sәslәnir – arasında dәb düşüb: milli azlıqların nümayәndәlәri
arasından özlәrinә şәrik tapırlar. Deyәsәn, qanı qanından olan
adamlardan qorxmağa başlayıblar. Nә bilim? Bәlkә dә, belә
deyil. Şәriklәr, bir qayda olaraq, öz boqdıxanlarından daha varlı
olur. Üzdә başqa cür görünsәlәr dә. Onlar öz şәriklәrinin dәbdәbәli
hәyatını tәmin edir. Axı varlı mәmurun bu hәyatı rәsmi yolla
әldә etmәsi bir az müşkül mәsәlәdir. Tutalım, Volqoqrad vilayәti
administrasiyasının sürәtli xarici kateri yoxdur, onu hardan alsın?
Aydın mәsәlәdir: Nәcibdәn – Nәciblә birgә.
Hәr rus (yeni rus) mәmur üçün bir varlı şәrik tapmaq çәtindir.
Odur ki, qeyri- ruslar dövriyyәyә girir.
Nәcib. Qırx beş yaşı olar. Heç nә ifadә olunmayan solğun,
yaraşıqlı, enli sifәti, tünd-mәxmәri gözlәri vardı. Cazibәli üz
cizgilәrindәn vә baxışlarından heç nә oxumaq olmurdu. Qıvrım
saçlarına dәn düşmüşdü. Hәlә iyun ayı idi, amma artıq dәrisi
günәşdәn yanıb-qaralmışdı. Üzgüçü tumanındaydı. Qarnında
çapıq yeri görünürdü, özü dә çapıq kor bağırsaq olan tәrәfdә
deyildi. Tökmәbәdәnli, enlikürәk, sümüklü adam idi. Dağ keçisinin
dodağı kimi bәnövşәyiyә çalan nazik dodaqları vardı. Görkәmindәn
10