Page 15 - pryaxin
P. 15
Xəzər yuxuları
daha ağırdır, az qala uşaqlıqdan әlindә yalnız qәlәm tutsa da,
avtomat üzü görmәsә dә.
Bankir anbara oxşayan iri qarnını qurşaqla bәrk-bәrk çәkmişdi.
Sinәsi enli, qabarıq olmasaydı, onun qarnı da Sergeyinki kimi
tüksüz, sallaq, raxit xәstәliyinә tutulmuş qarışqanın qarnı kimi
eybәcәr görünәrdi. Bankirin tüklü, enli, әzәlәli sinәsi qarnının
eyibini örtür, gözәgәlimli bir tamlıq yaradırdı. Paltarsız olanda
bankirin sinәsini qarnından seçmәk olurdu – әzәlәli, qalxanabәnzәr
sinә vә pasxa kömbәsinә oxşayan qarın. Ancaq bankir özünün
bahalı, qoyun yunundan tikilmiş, daha doğrusu, sanki isti qoyun
nәfәsindәn hazırlanmış zәrif kostyumlarından birini geyinәndә,
qarnını sinәsindәn ayırmaq olmurdu.
Sergeyin qarnı suluq idisә, bankirinki zәhmәtkeş qabarıydı.
Qalın qabıq bağlamış әmәkçi qabarı.
Çeçenlәr özünәmәxsus, sәliqәli xalqdır. Sergey әsgәrliyi
çeçenlәrlә birgә çәkmişdi vә onların boy-buxunlu, tәmizkar,
anadangәlmә qıvraq adamlar olduğuna hәlә onda fikir vermişdi.
Çeçenlәr sanki anadangәlmә hәrbçidir, bunu onların silahla necә
mәharәtlә davrandıqlarından da görmәk olardı. Görәsәn, bu yeriş-
duruş onlara irsәn keçir, yoxsa son әsrlәrdә keçib gәldiklәri
keşmәkeşli yollar vә tәbii seçim (belә şeylәri “tәbii” adlandırmaq
olarsa, bәs onda qeyri-tәbii olan nәdir?) bu nәticәni doğurub?
Çeçenlәr doğum sayına görә keçmiş SSRİ xalqlarının hamısını
üstәlәyir. Bәzi mәlumatlara görә, çeçenlәrdә doğum sayı yeddi
dәfә artıb: belә çıxır ki, hazırda ruslara qarşı kişilәrdәn çox,
qadınlar vuruşur. Özü dә iki cәbhәdә: hәm şәhid, hәm dә ana
kimi. At belindә xalq dәyişilir…
Amma yәqin ki, hәr şeyin bir hәddi-hüdudu var. Rusları o
qәdәr at belindә saxlayıb, düşmәyә qoymayıblar ki, millәt yorulub,
әldәn düşüb. Artıq heyi qalmayıb. Yalnız qaçaq-quldurların nәsә
elәmәyә hәvәsi var. Onlar da özününkülәri, dilsiz-ağızsız fağır
insanları әzmәklә mәşğuldur. Xalqın ruhu açıq-aydın spirt iyi
verir. Deyәsәn, ölkә kiçildikcә, kişilәrin miqyası da kiçilib, özü
dә sözün müstәqim mәnasında. Kütlәnin içәrisindә pәhlәvan
cüssәli kişi görsәn, qaçıb onun gözünün içinә baxmağa tәlәsmә –
çünki böyük ehtimalla, onun gözlәrindә dәliqanlı ehtiraslarını
yox, sönük bir ifadә görәcәksәn…
15