Page 20 - pryaxin
P. 20
rgi Pryaxin

– Allah ömür versin…
Musa cәmisi bir dәfә kiçik yanlışlığa yol verdi.
Travmatologiya şöbәsindә Musa sәkkiz-doqquz yaşında
qaraşın bir oğlana yaxınlaşdı. Hәkim dedi ki, tikinti meydançasında
oynayarkәn uşağın ayağı sınıb. Musa uşaqla başqa dildә danışmağa
başladı. “Çeçen dilindә danışır” – Sergey, gec dә olsa, başa düş-
dü. Uşaq әvvәlcә karıxdı, başını aşağı salıb cavab vermәdi, sonra
özünü әlә alıb danışmağa başladı. O, hündürdәn danışsaydı da,
Musadan başqa heç kәs başa düşmәyәcәkdi. Çünki o da çeçen
dilindә danışırdı. Sergeyә elә gәldi ki, uşaq әvvәlcә rusca cavab
vermәk istәdi, ancaq sonra fikrini dәyişib çeçen dilinә keçdi.
Görünür, qarşısındakının çeçen olduğunu dәrhal başa düşmәmişdi:
Musanın üzü sәliqәylә qırxılmışdı, uzunsov sifәti, hәrәkәtsiz,
qalın qaşları vardı, gözlәrinin yumşaq, dumanlı ifadәsindәn heç
nә anlamaq olmurdu. Ümumiyyәtlә, siz bu gün pasxa süfrәsi
kimi xışıltılı xalat geymiş, başına qәnnadçı papağı qoymuş cavan
çeçen tәsәvvür edirsinizmi? O vaxtlar adama elә gәlirdi ki,
onların hamısı ucdantutma xal-xal uniforma geyir (hazırda bazar
qarovulçuları da belә paltarda gәzib-dolaşır), özlәri ilә qumbaraatan
gәzdirir. Qәribә zәmanәdә yaşayırıq: iki xalq dağlarda ölüm-
dirim müharibәsi aparır, onların nümayәndәlәrindәn paritet
qaydada tәşkil olunmuş zümrә isә dava-qırğından qazandığı
fantastik pulları Moskva kazinolarında külәyә vermәklә mәşğuldur.
Moskvada isә axşam olar-olmaz, kazinolar Yanka Kupalanın
gülәbәtini kimi çiçәklәyib Moskvanın bütün mәrkәzini doldurur.
Bu şәr çiçәklәrinin kökü başqalarının yaralarının dәrinliyinә
işlәyib.
Onunla rusca yox, ingiliscә, lap elә әrәb dilindә danışsaydılar,
bәlkә dә, uşaq bundan az tәәccüblәnәrdi. Nә isә, ortabab “әrәb
şeyxi” çarpayıya yaxınlaşdı, uşağın gipsә salınmış, yuxarıya tәrәf
dartılı vәziyyәtdә saxlanmış ayağına nәmli gözlәriylә işarә edәrәk
doğma dilindә danışmağa başladı.
– Heç bilmirdik, sәn demә, bizim Musa da çeçen imiş, –
hörmәtli qonaqları fәxrlә müşayiәt edәn, aysberqi xatırladan
qadın ağzını kraxmallı yaxalığına tutub dedi.
Beş-altı adamın yatdığı palatadan çıxanda böyük Musa

20
   15   16   17   18   19   20   21   22   23   24   25