Page 16 - pryaxin
P. 16
rgi Pryaxin

Onu dost kimi dәvәt etmişdilәr – hansı bankir (xüsusәn dә
çeçen) istәmәz ki, onu dünәnki partokrat, bugünkü kasıb rus
yazıçısı müşayiәt etsin? Volqoqrad vilayәtinin qubernatoru
(bankirlә onu hansısa maraqlar birlәşdirirdi) Sergeyi tanıyırdı.
Sәhәr söhbәti zamanı bu tanışlıq lap yerinә düşdü – söhbәt edә-
edә kart oynayan qubernatorla bankir özlәrini oyun yoldaşı kimi
qәlәmә vermәyә çalışırdılar; onlar bir-birinә yalnız kartın kәnarını
göstәrirdilәr (bilirsiniz dә, hәbsxanada lәtifәni necә danışırlar.
“Filan nömrәli lәtifә!” – kimsә ucadan bәyan edir vә bütün “kart
dәsti”ni әzbәrdәn bilәn kütlә qәhqәhә çәkib gülmәyә başlayır).
Belәcә, Sergey kiçik kozır qismindә, dostyana, mәclisә tәqdim
olundu.

Sergey dәvәtdәn boyun qaçırmadı – bunun da öz sәbәblәri
vardı.

Vaxtilә bankir ona әl tutmuşdu – onun nәşriyyatından әlli
min (Sergeyin öz әsәri dә daxil olmaqla) kitab alıb Şimali
Qafqazın kitabxanalarına vә mәktәblәrinә göndәrmişdi. Kitabların
ilk partiyasını birlikdә Sergeyin doğma şәhәri Budyonnovska
gәtirmişdilәr. Tәyyarәni Musa sifariş etmiş, yol xәrcini dә özü
çәkmişdi. Onda tәyyarә hәrbi aerodroma endi. İlahi, uşaqlıqda
Sergeyә desәydilәr ki, haçansa onların internatının yanında hәrbi
aerodrom peyda olacaq, sakit, dinc Budyonnovsk az qala ön
cәbhә xәttinә çevrilәcәk, buna inanmazdı. Taxılbitinә oxşayan
tәyyarәlәr üstü çimlә örtülmüş beton anqarlarda gizlәdilmişdi,
internatda isә nizami hәrbi briqadanın qәrargahı yerlәşmişdi.

Belә şeylәr, yatsa, yuxusuna da girmәzdi.
Әslindә bu şәhәri sakit, dinc sanmaq da düzgün deyil. Şәhәrin
adı o qәdәr tez-tez dәyişilirdi ki, elә bil әldәn-әlә keçirdi. “Macar” –
“Kara Baqla” – “Müqәddәs Xaç” – “Budyonnovsk”… Sonrakı
adı nә olacaq? Osvensim?.. Nyu-Atlantida?..
Ancaq, hәr halda, hәyat müәyyәn işarәlәr verirdi. Şәhәr
tәrәfdәn baxanda hәrbi aerodrom onun sağ tәrәfindә, duzlu gölün
o tәrәfindә yerlәşir. Bir vaxtlar burada – rayon mәrkәzindә işlә-
yәn Sergey, qәzet müxbiri kimi rayonu başdan-başa gәzib
dolaşmışdı. Aerodromun yaxınlığındakı qәsәbәyә hәlә otuzuncu
illәrdә “Çkalov” adı verilmişdi. O vaxtlar qәsәbәnin yaxın-uzaq

16
   11   12   13   14   15   16   17   18   19   20   21