Page 11 - pryaxin
P. 11
Xəzər yuxuları

bilinirdi ki, bu adam heç vaxt mәcburi әmәklә mәşğul olmayıb,
kefi istәyәn kimi yaşayır.

“Kambuz”dakı kampaniyada Sergey yalın ayaqları ilә tәmsil
olunduğu kimi, burada – idarәetmә zonasında Nәcib dә eyni rolu
oynayırdı. O, katerin arxa tәrәfindә, ev sahibi kimi stәkanlara
sәxavәtlә araq süzәn (yәqin ki, Nәcibin ehtiyatda saxladığı
içkilәrdәn idi) adamın ayaqları idi. Odur ki, sahibin işarәlәrini
havada tutan Nәcib qonaqların, daha doğrusu, qonaqlardan birinin
qeydinә qalmağı özünә borc bilirdi. Bu qonaq kayut-kampaniyanı
tәrk edib onun yanına gәlmişdisә, görünür, mәclis adamı deyildi.

Hörmәtlә salamlaşdılar. Sergey qulluğunda dayanan yad
adamın yanında daha çox susurdu. Nәcib dә çoxdanışan adama
oxşamırdı, arabir kәlmә kәsib kiriyirdi. Elә bil dünya sәyahәtinә
çıxmışdılar, danışıb ürәklәrini boşaltmaq üçün kifayәt qәdәr
vaxtları vardı. Sanki qürbәtdә yaşadığı illәrdә öyrәndiyi, qәnaәtlә
topladığı rus sözlәrini boş yerә sәrf etmәk istәmirdi.

– Әla kateriniz var, – Sergey dilucu, nәzakәt xatirinә dedi.
– Dubaydan almışam, – Nәcib qarşıdakı barjı ötüb-keçәndәn
sonra cavab verdi. Әlli-altmış metr irәlilәyәndәn sonra әlavә
etdi. – Qırx beş minә.
Hansı minlәrdәn danışırdı, bu minlәr nә rәngdәydi – bu
barәdә heç nә demәdi. Әslindә buna ehtiyac da yox idi. Nәcib bir
dә tәxminәn yüz metr irәlilәyәndәn sonra dillәndi:
– Tәyyarәylә gәtirtmişәm.
Sergey heyranlıqla gözlәrini bәrәltdi: göstәrmәk istәyirdi ki,
tәkcә skuterә görә yox, hәm dә onun uzaqlardan tәyyarәylә
gәtirildiyi üçün Nәciblә birgә iftixar hissi keçirir. Axı kateri
tәyyarәyә yüklәmәk hәr adamın işi deyil.
Aydın idi ki, skuter nә vilayәt administrasiyasının, nә dә
vitse-qubernator Anton Petroviçindir. Nәcibin davranışını, arxasını
seyrәk, cod tüklәr basmış gödәkbarmaqlı әllәriylә sükanı necә
yumşaq etinasızlıqla tutduğunu görәndә başqa ehtimal irәli
sürmәyә ehtiyac qalmırdı. Nәcib elә bil indicә yuxudan ayılmış
qanuni arvadının әlindәn tutmuşdu….
Vitse-qubernatorluq vәzifәsinә biznesdәn gәlmiş Anton Petro-
viçin (seçki kampaniyasında hansısa namizәdin tәrәfini saxlayan

11
   6   7   8   9   10   11   12   13   14   15   16