Page 8 - pryaxin
P. 8
I FӘSİL
XAQANIN YOLUYLA
Bir dәfә Pitsundada, yağışlı bir payız günündә ayaqlar altında
qazıq-qazıq olmuş, eşilib-tökülmüş qumlu çimәrlikdә addımlayarkәn –
elә bil yarım ildir ki, burada dincәlәn insan kütlәsi vә lәpәlәnәn
dәniz rәngbәrәng tentlәri, günlüklәri vә digәr yay әsvabını da
qamarlayıb, yanğından qaçırmış kimi, birdәn-birә başılovlu
yerindәn götürülmüş, bu qaçaqaçda bәzi şeylәri salıb itirmişdi –
Sergey tәlatümlü suların üzәrindәn, yәqin ki, Anadolu sahillәrinә
doğru uçub-keçәn vәhşi ördәk dәstәsi gördü. Ördәklәr, görünür,
buradan uzaqlardakı çaybasar rus çәmәnliklәrindә bәslәnmişdilәr,
indi daş kimi ağır, lümәk qurğuşun mәrmiyә bәnzәyirdilәr. Adi
qaydada – haça şәklindә yox, bir qatara düzülüb uçurdular. Hәr
dәfә noyabr günәşi buludların arxasından boylananda, irәlidәki
iriçaplı mәrmiyә bәnzәyәn yaşılbaş ördәyin gövdәsi qiymәtli
daş-qaş kimi bir anlığa zümrüdü rәngә çalırdı.
Buludlar sәmada vurnuxur, toqquşur, itәlәşir, günәş isә elә
bil yerindәn tәrpәnmirdi – dәniz üzәrindә qәribә mәnzәrә
yaranmışdı: Günәş qızıl nişan üzüyünü, başçı ördәk isә üzüyün
qiymәtli әlvan qaşını xatırladırdı.
Dalğalar da buludların qaçışına qoşulmuşdu. İnsanlar qaçıb
aradan çıxmışdı, indi sanki dәniz suları da әkilmәyә çalışırdı.
Dәnizin altı üstünә çevrilmiş, sanki şumlanmışdı, elә bil buradan
nәhәng, gözәgörünmәz bir mәxluq keçib-getmiş, arxasınca qanlı
izlәr buraxmışdı.
Bütün bu hәrc-mәrclikdәn, qarışıqlıqdan yuxarıda muncuq
dәnәlәri kimi düzülmüş, tarıma çәkilmiş ördәk qatarı görünmәyәn
hәdәfin düz onluğuna sarı uçurdu. Qatar tez-tez, eyni ahәnglә
qırpılan iyirmi beş göz kimiydi. Bunlara әlvan-yaşıl rәngli başqa
bir göz başçılıq edirdi.
Ördәklәr lap aşağıdan, dәnizin üstü ilә uçurdular, görünür,
belәdә şiddәtli külәyin müqavimәtini dәf etmәk daha asandır.
Köpüklü azğın dalğalar hәrdәn şahә qalxır, havada tor kimi
8