Page 5 - pryaxin
P. 5
Yuxu ilə gerçəklik arasında
Müasir Rusiya ədəbiyyatının tanınmış nümayəndəsi Georgi
Vladimiroviç Pryaxinin ilk povesti olan “İnternat” 80-ci illərin
əvvəlində nüfuzlu “Novıy mir” jurnalında, Çingiz Aytmatovun
ön sözü ilə dərc edilib. Әslində bu, bir vaxtlar müəllifin özünün
də yaşadığı Budyonnovsk internat-məktəbində böyüyən
yeniyetmələrin həyatı haqqında sənədli hekayə idi. Ümumiyyətlə,
uşaqlıq və yeniyetməlik mövzusu G.Pryaxinin yaradıcılığında
xüsusi yer tutur. Onun “İnternat”, “Gündüz yuxuları”, “Uşaqlar
və adi insanlar üçün”, “Səmadan məktublar” adlı kitabları məhz
bu mövzuya həsr olunub ki, bu da bilavasitə onun ağır uşaqlıq
illəri və keşməkeşli həyat yolu ilə bağlıdır.
Georgi Pryaxin 1947-ci ildə Stavropol vilayətinin Nikolo-
Aleksandrovskoye kəndində anadan olub. Stavropol vilayəti və
Böyük Qafqazın sərhədində, çöllük ərazidə yerləşən bu kənd
sürgün edilənlərin məskəni kimi tanınır. Bura sürgün edilənlər
arasında Pryaxinin Buxara əsilzadələrindən birinin həyat yoldaşı
olan nənəsi də var idi. Georgi anadan olan gün atasını da sürgün
ediblər. O, atasının üzünü görməyib. Tezliklə anasını da itirən
gələcək yazıçı Budyonnovsk internat məktəbinə yerləşdirilib…
MDU-nun Jurnalistika fakültəsini bitirən G.Pryaxin “Komso-
molskaya pravda” qəzetinin redaktor müavini, SSRİ Dövlət Radio
və Televiziya Verilişləri Komitəsinin sədr müavini, Sov.İKP MK-da
şöbə müdiri müavini vəzifələrinə qədər yüksəlib. O, hal-hazırda
Moskvada yerləşən məşhur “Xudojestvennaya literatura”
nəşriyyatına rəhbərlik edir.
G.Pryaxinin, demək olar, bütün əsərlərində özünün də şahidi
olduğu həyat mənzərələri, Rusiyanın ağır dövrlərinin reallıqları
əks olunur. Bu ədəbi nümunələrdə istər sosial həyatda, istərsə də
fərdlərin şəxsi dünyagörüşündə baş verən dəyişikliklərin dramatizmi
yüksək bədii ustalıqla qələmə alınıb.
Müəllifin “Xəzər yuxuları” əsərində hadisələr, əsasən,
Volqaboyu ərazilərdə cərəyan edir. Әsərin qəhrəmanı, moskvalı
5