Page 9 - pryaxin
P. 9
Xəzər yuxuları

yayılaraq, sanki ördәk qatarının önünü kәsmәk istәyirdi, lakin
hәr dәfә ördәklәr su maneәsini yarıb keçir, yenidәn gün işığına
çıxır, sakitcә, sağa-sola sapmadan uçurdu. Ördәk qatarı bu xaosun,
hәrc-mәrcliyin içәrisindә canlı varlığın yeganә әlamәti, işartısı
kimi görünürdü.

Vıyıltılı külәk gödәkcәsinin başlığını qoparmağa çalışırdı.
Sergey başdan-ayağa islanmışdı, pas atmış qadaqlı gәmiyә
oxşayırdı – yerindәn tәrpәnә bilmirdi, sanki sehrlәnmişdi. Fırtınalı
dәnizin üstüylә uçan ördәk dәstәsinin şövqlü uçuşu topuğacan
sahil qumuna batmış Sergeyi heyrәtlәndirmişdi. Hiddәtlә sahilә
hücum çәkәn dalğaların sıçratdığı duzlu su şrapnel parçaları
kimi zәrblә ona çırpılır vә böyük gurultuyla geriyә çәkilirdi.

Dünya başqa şәkil alır, öz varlığının yeni, ümumi ölçülәrini
axtarırdı. Lәngәrli-ağır, hәr şeydәn әli üzülmüş, dalğın-ehtirassız
Sergey isә kәnarda qalmışdı. Doğrudan da, kәdәrlidir: sәni tәlәm-
tәlәsik yoğurub-yapır vә başlı-başına buraxırlar. Nә isә, son
mәhsul – güvәc olmaqdansa, Allahın yoğurduğu gil olmaq
yaxşıdır…

***

Ancaq bu dәfә o, şirәli otlaqlarda bәslәnib kökәlmiş, qabarıq
sinәsi bәzәkli konfet qutusuna oxşayan, bir hәmlәylә 1979-cu
ildәn 2000-ci illәrә adlayan hәmin köçәri quşların duyduqlarının
hamısını öz dәrisindә hiss elәdi.

…Xarici katerdә şütüyürlәr. Kiçik katerdir, adi motorlu
qayıqdan azca böyük olar. Ördәkşәkilli hamar sәthinә baxanda
adama elә gәlirdi ki, kater çox davamlı vә çox yüngül plastmasdan,
bәlkә dә, plastik metaldan tökülüb. Altı nәfәrdirlәr. Dördü katerin
arxa tәrәfindә әylәşib. Qabaq tәrәfdә onların söhbәti qırıq-qırıq
eşidilir – qarşıdan әsәn külәk onların sәsini aparır: arxada sәslәr
bir-birinә qarışaraq katerin sularda açdığı köpüklü iz kimi yox
olurdular. Bәzәn külәyin şiddәtini dәf edib irәliyә sızan şaqqanaq
sәslәrindәn başa düşürsәn: deyәsәn, kiminsә zarafatı alınıb. Bu
dәfә zarafat plastmasın üzәriylә sürüşüb, ağ qızılbalıq kimi
katerin içinә düşdü, qulağa xoş gәlәn gülüş sәslәri isә hәlә bir
müddәt havada qaldı.

9
   4   5   6   7   8   9   10   11   12   13   14