Page 14 - pryaxin
P. 14
rgi Pryaxin

ana şәfqәti ilә ona qucaq açmış gözәl bir hәyatın içәrilәrinә
doğru. Çayın ağuşunda sanki çәkisizliyә düşmüşdü, özü özünә
yad gәlirdi, uzaqdan-uzağa onun özünü xatırladan yad adam
kimi.

Elә bil ruhu bәdәnini tәrk edib, gözqamaşdıran günәş işığına
boyanaraq, novruzgülünә bәnzәyәn kәpәnәk kimi sürәtli, xaotik
hәrәkәtlә özündәn irәlidә uçurdu. O, gözünü qıyıb irәlidә uçan,
az qala yadlaşmış ruhunu seyr edirdi.

Bәdәnini, doğrudan da, hiss etmir, ancaq bu, ona heç bir
yüngüllük gәtirmirdi.

Başa düşmürdü buraya niyә gәlib.
Ümumiyyәtlә, bu sәfәr baş tutmasa, heç nә dәyşmәyәcәkdi.
Düz on il idi ki, özünü xamutlanmış at kimi hiss edirdi. Bir
vaxtlar ona elә gәlirdi ki, bir daha bu vәziyyәtә düşmәyәcәk,
artıq yәhәr-qayış vә qoşqu heyvanlarının dünyasını biryolluq
tәrk edib. Baxmayaraq ki, haçansa bu dünyada doğulub-böyümüş,
sanki qurşağacan yaşadığı yerә basdırılmışdı; necә ki, qabaq toxu-
munu porsumuş, isti peyin qalağına basdırırlar…
Ömrünün son on ilini başqalarının müәyyәn etdiyi qaydada
yaşamışdı. Bu cür sәfәrlәr bir yana (bu sәfәrlәrdәn boyun qaçırmaq
mümkün deyildi), adi günlәrini dә әmr vә buyruqları yerinә
yetirmәklә keçirirdi. O, daş-kәsәk basmış xam torpaqdan xeyir
götürmәk istәyәn adama oxşayırdı. Burada isә sanki hәr şeydәn
tәcrid olunmuşdu. Elә bil uçurdu, havada süzürdü. Onu heç nә
yerә bağlamırdı.
Bu katerdә, bu adamların içindә neylәyirdi, özü dә bilmirdi.
Onu elә-belә çağırmışdılar. Әslindә onu katerin arxa tәrәfindә
uzanmış çeçen bankir dәvәt elәmişdi. Bankir Sergeydәn on yaş
kiçik, bәstәboy, az qala bütün çeçenlәr kimi tökmәbәdәnli adam
idi. Sergey etnoqrafiyaya aid hansısa kitabdan oxumuşdu ki,
çeçenlәr Avropanın әn yaraşıqlı millәtidir. Oxuyub tәәccüblәnmişdi.
Ona görә yox ki, kitabın müәllifi çeçen deyildi, ona görә ki,
burada coğrafi yanlışlığa yol verilmişdi. Hansı Avropadan söhbәt
gedir?! – Nәciblә bankirin yerini dәyişdirin, heç bir fәrq
görmәyәcәksiniz. Sükan arxasında yenә әvvәlki kimi, Şәrq olacaq.
Sadәcә kater suya daha çox oturacaq. Kotan kimi. Bankirin әli

14
   9   10   11   12   13   14   15   16   17   18   19