Page 21 - pryaxin
P. 21
Xəzər yuxuları
yenidәn kiçik Musaya yaxınlaşdı vә aşağı әyilib yavaş sәslә
ondan nәsә soruşdu. Uşaq dodağının altında cavab verdi, sonra o
da Musadan nәsә soruşdu.
– Әlbәttә! – Musa rusca danışmağa başladı. O gülümsünәrәk
uşağın havadan asılı qalmış ayağını sığalladı. Әtrafdakıların da
dodağı qaçdı, guya onların söhbәtini başa düşürdülәr.
Geriyә qayıdanda tәyyarәdә oturub xırda-xırda araq vurarkәn
Sergey Musaya hәmin söhbәti xatırlatdı. Soruşdu ki, uşaqla nә
danışırdılar?
– Heç, soruşdum ki, nәsә lazımdır? Dedi, “yox, heç nәyә
ehtiyacım yoxdur”. Sonra pul tәklif elәdim.
“Әlbәttә, – Sergey fikirlәşdi, – Musa belә fürsәti әldәn
vermәzdi: mütlәq puldan söz açmalıydı. Pul tәklif etmәk şәfqәtin,
mehribanlığın ali forması sayılır. Bu, aralıq sözlәrdәn istifadә
etmәdәn, birbaşa hәyatın özünә xitab etmәyin formuludur”.
– Hә, bәs oğlan nә irad elәdi?
– Nә? – Musa başa düşmәdi.
– Oğlan nә cavab verdi?
– Hә… – Musa tutuldu. – Әşşi, dedi ki, lazım deyil… Sonra
bilirsәn, nә soruşdu?
– Nә?
– Soruşdu ki, yenә gәlәcәksәn, ya yox?
Musa qalibanә baxışlarla Sergeyi başdan-ayağa süzdü.
– Sәn sudan quru çıxmaq istәmisәn, o isә sәni yerinә otur-
dub.
Deyәsәn, sözlәrim Musanın xәtrinә dәydi, o, gözlәrini bәrәldib
mәni acılamaq istәdi, ancaq sonra fikrini dәyişdi:
– Ola bilәr.
21