Page 27 - pryaxin
P. 27
Xəzər yuxuları
borcunu böyük hәvәslә, şövqlә yerinә yetirirdi. Fikirlәşәndә,
adama elә gәlir ki, Yelizaveta Alekseyevna bu mәsәlәyә sanki bir
dini vәzifә kimi baxır, bu kәdәrli, talesiz yeniyetmәnin könlünü
xoş etmәk üçün әldәn-ayaqdan gedirmiş. Tәәccüblü deyil ki,
onun Tarxandakı evindә Mişelin şәklinә baxıb portret, hәtta iko-
na çәkirdilәr.
Hәyat belәdir: biz qadınlara bir damcı sevgi veririk; o isә
canı-qanı bahasına hәmin sevgini bәslәyib çoxaldır, bu işıqlı
dünyaya birgә gәtirdiyimiz hәyatı bütün ömrü boyu bu sevgiyә
qәrq etmәklә mәşğul olur…
Mәnә elә gәlir ki, Rusiyada Lermontov qәdәr göylәrә tez-tez
boylanan ikinci şair olmayıb – yәqin, ona görә ki, nәnәnin
sayәsindә ayağını hәmişә quru vә bәrk yerә basıb. Faddey
Bulqarin “Zәmanәmizin qәhrәmanı”nı ilk әn yaxşı roman sayırdı.
Kitabı ona “rәy üçün” Yelizaveta Alekseyevna göndәrmiş, bağla-
maya… beş yüz rubl da qoymuşdu.
Deyilәnә görә, Lermontovun ömrünü yarıda kәsәn güllә sәsi
ilә bәrabәr, göy gurultusu da eşidilib, tufan qopub. Belә çıxır ki,
onu Martınov öldürmәyib: sadәcә göylәr çağırıb…
Sergeylә Musa bir-birini yaxşı başa düşürlәr. Sergey fikirlәşir
ki, çeçenlәrlә barışmaq zamanıdır; xalqları bir-birinә yaxınlaşdırmaq
üçün sәy göstәrmәk lazımdır. Nifrәti, әdavәti körüklәmәklә heç
nә әldә etmәk olmaz. Onsuz da nifrәt dünyanı başına götürüb:
ölkә barıt çәllәyinә oxşayır, az qala hamı od tutub yanan fitili
xatırladır. Sergey bir dәfә televizorda belә bir sәhnә görmüşdü:
öldürülmüş çeçenlәrin – “yaraqlılar”ın meyitlәrini trosla tanka
bağlayıb palçığın içiylә sürüyürdülәr. İçindәn bir gizilti keçdi:
onlar belә şeylәri heç vaxt bağışlamaz! O, bu xalqı, bu insanları
yaxşı tanıyırdı, Noqay çölündә, daha sonra isә internatda onlarla
birgә yaşamışdı. 1962-ci il Dağıstan zәlzәlәsindәn sonra (bütün
müharibәlәr vә zәlzәlәlәr yerin altından gәlәn uğultu, dәhşәtli
gurultu ilә başlayır, yetimlәrin, kimsәsizlәrin göz yaşları ilә bitir)
internata gәlәnlәrin sayı birә-beş artmışdı. Әsgәrlikdә dә çeçenlәrlә
birgә olmuşdu. Bağışlamayacaqlar! Ola bilsin, cәsәdlәri sәngәrdәn,
çuxurdan әllә çıxartmaq vә dәfn yerinә aparmaq mümkün olmayıb.
27