Page 97 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 97
Qaranlûq dökanlar kö÷ÿsi 97

Hava qaralmışdı. Düz elә bu saatlarda Deniz mәktәbdәn gә-
lirdi – әgәr dәrslәrini hazırlamaq üçün mәşğәlәlәrdәn sonra orda
qalmışdısa. Hansı yolla gedirdi, görәsәn? Hardan çıxırdı, sağ
tәrәfdәn, yoxsa soldan? Kafe sahibindәn bunu soruşmağı unutdum.
Bu saatda buralarda nadir hallarda maşın görәrdin, çinarların
budaqları Austerlis sahil küçәsinin üzәrindә bir tağ qurmuşdu.
Bir az aralıda olan vağzalın özü Cәnub-Şәrqdәki xırda şәhәrlәrin
stansiyalarını xatırladırdı. Vağzaldan o üzdә Botanika bağı idi,
ondan da sonra qalın kölgәlik, bir dә Çaxır bazarının ağır sükutu
bu yerlәrә daha artıq hüzur verirdi.

Evә girdim vә pillәkәnin işığını yandırdım. Rombşәkilli qara-
boz kaşı döşәnmiş dәhliz. Ayağın palçığını sivirmәk üçün dәmir
barmaqlıq. Sarı divarda poçt qutuları. Vә elә hәmin donuz piyinin
qoxusu.

Düşündüm ki, әgәr gözlәrimi yumsam, alnımı barmaqlarımla
sıxıb, diqqәtimi cәmlәşdirsәm, bәlkә eşidәrәm – o uzaq, çox
uzaq tıqqıltını – sәndәllәrinin pillәlәrdәn çıxardığı tıqqıltını.

18

Amma mәnә elә gәlir ki, Denizlә ilk görüşümüz otel barında
olub. Mәn fotoşәkildәki adamla, Freddi Hovard de Lütslә, uşaqlıq
dostumla vә Gey Orlova ilә oturmuşdum. Amerikadan qayıdandan
sonra onlar bir müddәt bu hoteldә yaşadılar. Gey Orlova dedi ki,
rәfiqәsini gözlәyir – bu yaxınlarda tanış olduğu bir qızı.

O bizim masaya hәlә çatmamışdı ki, görünüşü mәni heyran
qoydu. Sarışın saçlarından buralı, üzündәn asiyalı. Çox açıqrәngli,
qıyıq gözlәr. İri almacıq sümüklәri. Kifayәt qәdәr qısa saçlar.
Başında maraqlı, tirollularınkına bәnzәr papaq.

Freddi vә Gey Orlova onları gözlәmәyimizi xahiş edib,
otaqlarına qalxdılar. Biz üz-üzә oturmuşduq. Gülümsündü.

Danışmırdıq. Çox açıq, solğun-mavi gözlәrindә arabir yaşıl
qığılcımlar parlayırdı.
   92   93   94   95   96   97   98   99   100   101   102