Page 93 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 93
Qaranlûq dökanlar kö÷ÿsi 93

O, bu ifadәni cingiltili sәslә tәlәffüz etdi.
– Bәli.
– Bu demәkdir: “Burda flamand dilindә danışırlar”.
Sonra da mәndәn tez aralanıb yanlarını basa-basa piştaxtaya
sarı getdi, yolunu kәsәn müştәrilәri etinasızlıqla itәlәyib, yerinә
keçdi.
Bir fincan qәhvәylә qayıtdı: әlini irәli açıb fincanı özündәn
uzaq tutmuşdu, sanki içindәkini dağıtmamaq ona böyük zәhmәt
bahasına başa gәlirdi.
– Hә.
Fincanı masanın üstünә qoydu, finişә kimi qaçmış marafonçu
kimi nәfәsini ağır-ağır dәrdi.
– Müsyö... Kudrez soyadı sizә nәsә deyir?
Sualımı heç bir hazırlıq görmәdәn sәslәndirdim.
Qarşımdakı stula çöküb әllәrini sinәsindә çarpazladı. Nәfәsini
yenә ağır-ağır alırdı:
– Nәdir ki? Siz tanıyırdınız... Kudrezi?
– Yox, amma onlardan bizim evdә çox danışırdılar.
Onun qırmızı sifәti kәrpic rәngindә oldu, burun pәrәlәrindә
tәr damcıları parladı.
– Kudrez... O yuxarıda... üçüncü mәrtәbәdә yaşayırdı...
Yüngül bir lәhcәylә danışırdı. Mәn qәhvәdәn bir qurtum
aldım vә özlüyümdә qәt elәdim ki, danışıb ürәyini boşaltmaq
üçün ona imkan verim, çünki növbәti sualımdan qorxa bilәrdi...
– O, Austerlis vağzalında işlәyirdi... Arvadı isә әslәn
Antverpendәn idi... elә mәnim kimi...
– Onların qızı vardı, elәmi?
O gülümsündü:
– Hә. Qiyamәt qız idi... Tanıyırdınız onu?
– Yox, amma mәnә onun barәsindә danışıblar...
– Başına nә gәldi onun?
   88   89   90   91   92   93   94   95   96   97   98