Page 90 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 90
Ïàòðèê Ìîäèàíî
pәncәrә qarşısında bax, belәcә, hәrәkәtsiz durub zülmәtә baxırmışam
– qımıldanmadan, lampanı yandırmağa cәsarәt etmәyәrәk
baxırmışam...
Qonaq otağına qayıdanda mәnә elә gәldi ki, orda kimsә yoxdur,
amma o, sadәcә olaraq divanda uzanmışdı. Yatırdı. Sakitcә
yaxınlaşıb ayaqlarının yanında oturdum. İki boş fincan olan
mәcmәyi düz ağ xalçanın üstünә qoyulmuşdu. Yüngülcә öskürdüm.
Oyanmırdı. Onda hәr iki fincana çay süzdüm. Çay soyuq idi.
Divanın baş tәrәfindә duran lampa otağın çox hissәsini
işıqlandırmırdı vә mәn masanı, burda Denizdәn qalmış maneken
vә tikiş maşınını zorla seçә bilirdim. Bu otaqda axşamlarımızı
necә keçirirdik görәsәn? Bunu necә öyrәnә bilәrәm?
Çayı xırda qurtumlarla içirdim. Onun zorla sezilәn nәfәsinin
sәsini duydum, amma otaq o qәdәr sakit idi ki, xırdaca bir sәs,
xırdaca xışıltı hәyәcanla sәslәnәrdi. Niyә oyadım onu? Mәnә nә
deyә bilәcәk axı. Fincanı ağ xalının üstünә qoydum. Otaqdan
dәhlizә çıxanda, parket ayağımın altında cırıldadı.
Qaranlıqda qapını, sonra da işığın düymәsini әlimlә tapdım –
pillәkәnin işığını yandırmaq üçün. Arxamca qapını mümkün
qәdәr sәssiz örtdüm. Elә ki, digәr, vestibülә çıxmaq üçün hәmin
o xırda şüşәli qapını itәlәdim, yenә içimdә nәsә titrәdi – eynәn
elә pәncәrәdәn baxarkәn yaşadığım duyğu kimi. Tavandakı girdә
plafon bәyaz, çox parlaq işıq saçırdı. Gözüm tәdricәn öyrәşdi.
Dayanıb boz divarlara vә qapının parıldayan şüşә kvadratlarına
baxırdım.
Şüurumda ani bir görüntü parladı – yuxunun, oyanarkәn zorla
yadında saxlamağa çalışdığın, sonradan әlindә tutub tam şәklini
bәrpa etmәk istәdiyin parçalarını xatırladan bir görüntü. Mәn
özümü gördüm, qaranlıq Paris küçәlәriylә necә getdiyimi gördüm,
Kambaseres küçәsindәki bu evin qapısını açdığımı gördüm.Vә
elә hәmin an kor oluram – küçәnin zülmәti içәridәki kәskin