Page 86 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 86
Ïàòðèê Ìîäèàíî

Tәәccüblәndim ki, bu qadın qoruyub saxladığı tәbәrrükü
Styopa de Caqoryev vә Freddinin anasının keçmiş bağbanı kimi
qutuda saxlamırdı. Axtarışlara başladığımdan ilk dәfәydi ki,
mәnә qutu vermirdilәr. Bu fikrim özümә dә gülmәli gәldi.

– Nәyә gülürsünüz?
– Heç... Elә belә...
Mәn kitabların üz qabığına baxırdım. Birincisinin üzәrindә mavi
duman arasında başında qazan papaq olan bığlı bir çinlinin sifәti
göründü. “Çarli Çan”. Digәrinin üz qabığı sarı idi vә aşağı küncündә
qaz lәlәyi sancılmış maska şәkli vardı: “Anonim mәktublar”.
– Deniz detektiv kitabları ara vermәdәn oxuyurdu, – dedi. – Bir
dә bu... – O, timsah dәrisindәn üzlüyü olan dәftәrçәni mәnә uzatdı.
– Sağ olun.
Onu açıb vәrәqlәmәyә başladım. Heç nә yox idi – nә bir dәnә
ad, nә tәyin olunmuş bir görüş. Tәqvimdә günlәr, aylar qeyd
olunmuşdu, illәr yox. Nәhayәt, sәhifәlәr arasında ortadan ikiyә
qatlanmış bir parça kağız tapdım:

“FRANSA RESPUBLİKASI – SENA
DEPARTAMENTİNİN PREFEKTURASI

Tәvәllüd şәhadәtnamәsindәn, 18-ci dairә, Paris. 1917-ci il.
21 dekabr min doqquz yüz on yeddinci il, saat on beşdә
Austerlis bulvarında, 19 nömrәli evdә, qadın cinsindәn olan De-
niz-İvett Kudrez anadan olub, valideynlәri Pol Kudrez vә Henri-
yetta Boqartın peşәlәri yoxdur.
3 aprel 1939-cu ildә, Parisdә (18) Cimmi Perdo Sternlә nigah
qeyd elәtdirib. Əsli ilә düzdür.
Paris, on altı iyun 1939-cu il”.

– Bunu görürsünüz? – soruşdum.
O, tәәccüblü baxışlarını bu doğum şәhadәtnamәsinә dikdi.
   81   82   83   84   85   86   87   88   89   90   91