Page 91 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 91
Qaranlûq dökanlar kö÷ÿsi 91
parlaq bәyazlıqla elә tәzad yaradır ki, bir neçә saniyә ümumiyyәtlә,
heç nә görә bilmirәm.
Bu nә vaxt olub? Adımın Pedro Makevoy olduğu vә bura hәr
axşam gәldiyim zamanlarda? İndi mәn bu qapını, bu kvadrat
ayaqaltını, boz divarları, mis halqanın içindәki girdә plafonu
tanıya bilirdimmi? Qapının şәffaf şüşәlәrindәn pillәkәnin alt
pillәlәri görünürdü vә istәdim tәlәsmәdәn qalxıb onlarla köhnә
yolumu, köhnә hәrәkәtlәrimi tәkrarlayım.
Mәn düşünürәm ki, evlәrin dәhlizlәri bura tez-tez gәlәn, sonra
isә birdәn yoxa çıxan adamların addımlarını yadında saxlayır.
Havada әsdikcә sükuta dönәn; zәiflәyib gedәn, amma diqqәtli
olsan, sezә bilәcәyin sәs dalğaları. Əsindә, mәn bәlkә dә heç vaxt
hәmin bu Pedro Makevoy olmamışam vә ümumiyyәtlә, heç kim
olmamışam, amma hәmin o köhnә, gah uzaq, gah da daha güclü
dalğalar içimi dәlib keçirdi vә burda hәlә dә pәrvazlanan bütün
bu dağınıq dalğalar sanki bir anda dondu – bu artıq mәn idim.
16
Kambon küçәsi, “Kastiliya” hoteli. Portyenin kontorkasıyla
üzbәüz kiçik qonaq otağı idi. Şüşәli kitab rәfindә L.de Vyel-
Kastelin “Restavrasiya tarixi”. Bir axşam öz otağıma qalxanda,
bәlkә dә cildlәrdәn birini götürmüşәm, sonra da arasında әlfәcin
kimi istifadә etdiyim ya mәktubu, ya şәkli, ya da teleqramı
unutmuşam. Amma cәsarәtim çatmır ki, kitabın arasında qoyduğum
hәmin o izi tapmaq üçün qapıçıdan on yeddi cildini vәrәqlәmәyә
icazә istәyim.
Hotelin arxasında üzәri sarmaşıqlı yaşıl mәhәccәrlә әhatә
olunmuş hәyәt. Hәyәtә pas rәngli çaylaq daşı döşәnib – tennis
kortlarının qumu rәngdә görünür. Masalar, bağ stulları...
Demәli, mәn bu Deniz Kudrezlә burda yaşamışam. Bizim
otağın pәncәrәlәri hara açılırdı – Kambon küçәsinә, yoxsa hәyәtә?