Page 94 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 94
Ïàòðèê Ìîäèàíî
– Mәn dә elә bunu aydınlaşdırmaq istәyirәm.
– O hәr sәhәr atasına siqaret almaq üçün bura gәlirdi. Kudrez
“Loran” çәkirdi, Belçika siqareti...
Xatirәlәr onu ağuşuna aldı vә mәnә elә gәlirdi ki, artıq o da
elә mәnim kimi, nә burdakı qәhqәhә partlayışını, nә uca sәslәri,
nә yanımızdakı oyun avtomatının pulemyot şaqqıltısını eşidir.
– Bu Kudrez qiyamәt oğlan idi... Onunla tez-tez burda,
yuxarıda şam edirdim... Onun arvadıyla flamand dilindә danışırdıq...
– Onlar haqda heç nә bilmirsiniz?
– O ölüb... Arvadı da Antverpenә qayıtdı... – Əlini ürәkdәn
yellәdi. – Əşşi, çoxdan bitdi, getdi...
– Dediniz ki, qızı bura atası üçün siqaret almağa gәlirdi...
Bağışlayın, hansı siqaret idi çәkdiyi?..
– “Loran”.
Ümid edirdim ki, bu adı yadımda saxlaya bilәcәm.
– Maraqlı qızcığaz idi... on yaşında artıq müştәrilәrimlә
bilyard oynayırdı... – O, mәnә zalın içәrilәrindәki, yәqin, bilyard
otağına aparan qapını göstәrdi. Demәli, Deniz bu oyunu elә
burda öyrәnib. – Dayanın, – dedi. – Sizә bir şey göstәrәcәm...
Yerindәn ağır-ağır qalxıb yoluna çıxan müştәrilәri yenә ara-
laya-aralaya piştaxtaya yaxınlaşdı. Onların çoxu başına çay
donanması işçilәrinin papağından qoymuşdu, onlar çox güman
ki, başa düşmәdiyim flamand dilindә danışırdılar. Burda yaman
çox idilәr, yәqin, ona görә ki, aşağıda, Austerlis sahil küçәsindә,
yәqin, Belçikadan gәlәn barjalar durmuşdu.
– Budur, baxın...
O artıq yenә mәnimlә üzbәüz oturmuşdu, әlindә isә üz qabı-
ğında açıq mavigözlü, sarısaç bir qızın şәkli olan köhnә moda
jurnalı vardı; üzünün cizgilәrindә zorla sezilәn bir Asiya havası
duyulurdu. O dәqiqә tanıdım – Deniz idi. Əynindә qara bolero,