Page 92 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 92
Ïàòðèê Ìîäèàíî

17

Austerlis küçәsi, doqquz-bis. Dördmәrtәbә bina, taybatay
qapıdan sarı divarlı dәhliz görünür. Böyründә “Dәniz” lövhәli
kafe. Şüşә qapının o üzündә al-qırmızı hәrflәrlә yazılmış lövhә:
"Men spreekt vlaamsch". Piştaxta arxasında tәxminәn on nәfәr.
Mәn zalın içәrilәrindә, divar dibindә bir masa seçib otururam.
Masa üstündә, divara yekә bir liman şәkli vurulub, altında
Antverpen yazılıb.

Piştaxta yanındakı müştәrilәr sәslәrinin qalın yerinә salıb
danışırlar. Görünür, onlar hardasa yaxınlıqda işlәyir vә axşam
aperitivlәrini burda içirlәr. Avtomat bilyardın şüşә qapısının
qabağında tünd-göy kostyum geymiş qalstuklu adam durub –
әynindә dәri, xәz gödәkcәlәri, fәhlә paltarları olan qalan
müştәrilәrdәn çox fәrqlәnirdi. Tәmkinlә, sakit oynayır, aparatın
dәstәyini yumşaq çәkirdi.

Qәlyan, siqaret tüstüsündәn gözüm acışırdı, öskürdüm. Ərinmiş
donuz yağının iyi gәlirdi.

– Nә buyurursunuz?
Onun necә yaxınlaşdığını hiss etmәdim. Özüm üçün artıq qәrara
gәlmişdim ki, kimsә mәnә yaxınlaşıb sifarişimlә maraqlanmayacaq
– çünki uzaq masada әylәşmәyim dә diqqәtdәn kәnar qalmışdı.
– Qәhvә, – dedim.
Mәndәn sifariş götürәn adam tәxminәn altmış yaşında, ortaboy,
saçları tamam ağarmış, aperitivә ifrat meyilinә dәlalәt edәn
qırmızı sifәtli birisiydi. Onun açıq-mavi gözlәri bu tünd-qırmızı
fonda tamam rәngsiz görünürdü. Tәmiz ağ, qırmızı vә mavi
rәnglәrin fonunda çini kimi cingildәyәn sәsindә nәsә bir xoş
ovqat vardı.
– Bağışlayın, – deyә, masamdan artıq aralansa da onu saxladım,
– elandakı sözlәrin mәnası nәdir?
– Men spreekt vlaamsch?
   87   88   89   90   91   92   93   94   95   96   97