Page 95 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 95
Qaranlûq dökanlar kö÷ÿsi 95

әlindә orxideya vardı.
– Bu, Denizdir, Kudrezin qızı... Görürsünüz... gözәl qızdır...

Maneken oldu... Onu lap balacalığından tanıyırdım...
Jurnalın üz qabığı kir içindәydi, ora-burası yapışqanlı lentlә

yapışdırılmışdı.
– Onun siqaret dalınca necә gәlmәsi hәmişә yadıma düşürdü...
– O... dәrzi deyildi?
– Yox, eşitmәmişәm.
– Doğrudan bilmirsiniz ki, necә olub?
– Yox.
– Sizdә onun anasının Antverpen ünvanı yoxdur ki? – Başını

buladı. Çaşqın bir görkәmi vardı. – Bunlar hamısı keçmişdә
qalıb, dostum.

Niyә?
– Siz yәqin ki, bu jurnalı mәnә verә bilmәzsiniz? – deyә
soruşdum.
– Verәrәm, dostum, amma söz verin ki, qaytaracaqsınız.
– Söz verirәm.
– Bu jurnal qiymәtlidir mәnimçün. Xatirәdir.
– O, siqaret dalınca saat neçәdә düşürdü adәtәn?
– Hәr sәhәr sәkkizә on beş dәqiqә qalmış. Mәktәbә getmәmişdәn.
– Hansı mәktәb idi?
– Jenerr küçәsindәki. Hәrdәn Kudrezlә birlikdә onu ötürürdük.
Əlimi jurnala uzatdım vә onu hәyәcanla qabağıma çәkdim.
Axı fikrini dәyişә bilәrdi, vermәzdi mәnә.
– Çox sağ olun. Sәhәr gәtirәrәm.
– Dәqiq? – O, şübhәylә mәnә baxdı. – Bütün bunlar niyә sizi
bu qәdәr maraqlandırır? Onlarla qohum-zadsınız?
– Hә.
Özümü saxlaya bilmәyib, üz qabığına baxmağa başladım.
Deniz burda mәndә olan başqa fotolardakından daha cavan görü-
   90   91   92   93   94   95   96   97   98   99   100