Page 81 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 81
Qaranlûq dökanlar kö÷ÿsi 81

– Hә, doğrudan, әlbәttә. – “Leon” adını söylәyәn kimi hәmin
bu Leon Van Alleni yadıma sala bilmәmәyimә az qala qınaq dolu
bir sәslә reaksiya vermәsindәn çaşsam da, özümü tez әlә aldım:
– Bәs Leon Van Allen necәdir? – deyә soruşdum.

– O-o... mәn artıq iki-üç ildir onun barәsindә heç nә
eşitmәmişәm... O, Hollandiya Qvianasına, Paramariboya gedib...
Orda rәqs mәktәbi tәşkil etmişdi...

“Rәqs mәktәbi?”
– Hә. Atelyeyә qәdәr Leon baletlә mәşğul idi... Siz bilmirdiniz
bәyәm?
– Bilirdim, әlbәttә. Sadәcә, yadımdan çıxmışdı.
O, divara söykәmәk üçün başını arxaya әydi vә hәmin an da
xalatının kәmәrini möhkәm çәkdi.
– Bәs sizin işlәr necәdir?
– Mәnimki? Əşşi heç necә...
– Siz artıq Dominikan Respublikasının diplomatik missiyasında
işlәmirsiniz?
– Yox.
– Yadınızdadır, mәnә Dominikan pasportu düzәltmәk
istәyirdiniz? Deyirdiniz ki, hәyatda adamın mütlәq ehtiyat gedişlәri
vә eyni zamanda bir neçә pasportu olmalıdır...
Bu xatirә elә bil onun kefini açdı. Gülümsündü.
– Siz Deniz barәdә... sonuncu dәfә nә vaxt eşitmisiniz? –
soruşdum.
– Siz onunla Mejevә yola düşәndәn sonra, ordan yazmışdı
mәnә. O vaxtdan bәri bir şey eşitmәmişәm.
O, sual dolu nәzәrlәrini üzümә dikdi, amma görünür, sualını
birbaşa vermәyә cәsarәti çatmadı. Bu Deniz kimdir görәsәn? Vә
mәnim hәyatımda rolu nә olub?
– Bilirsiniz, – dedim, – elә anlar olur ki, mәn elә bilirәm du-
man içindәyәm. Yaddaşımda qәribә boşluqlar var... Ruhdan
   76   77   78   79   80   81   82   83   84   85   86