Page 79 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 79
Qaranlûq dökanlar kö÷ÿsi 79

– Madam... Bilmәk istәyirdim ki...
Açıq rәngli gözlәrini mәndәn çәkmirdi. Neçә yaşı olduğunu
demәk çәtin idi. Otuz, әlli?
– Sizin keçmiş telefon nömrәniz ANJU 15-28 olub?
Qaşlarını çatdı:
– Hә. Nәdir ki?
Qapını taybatay açdı. Əynindә qara ipәkdәn kişi xalatı vardı.
– Niyә soruşursunuz ki?
– Mәn... mәn burda yaşamışam.
Qadın bayıra çıxdı, mәnә diqqәtlә baxdı. Gözlәri qәflәtәn
bәrәldi.
– Siz... sizsiniz... müsyö Makevoy?
– Hә, – bәraye-ehtiyat dillәndim.
– Keçin içәri.
Mәncә, doğrudan hәyәcanlanmışdı. Biz bәzi yerlәrindә artıq
parketi qopmuş, sonradan üstünә linoleum parçaları yapışdırılmış
dәhlizlәrindә üzbәüz durmuşduq.
– Siz o qәdәr dә dәyişmәmisiniz, – deyә tәbәssümlә dillәndi.
– Elә siz dә.
– Siz hәlә mәni xatırlayırsınız?
– Əlbәttә, әla xatırlayıram, – dedim.
– Bunu eşitmәk xoşdur...
Qadının mәnә zillәnәn baxışları çox istiydi:
– Buyurun, rica edirәm...
Onun arxasınca hәlә küçәdә ikәn diqqәtimi cәlb edәn hәmin
hündür pәncәrәli, uca tavanlı iri otağa daxil oldum. Burda da,
eynәn elә dәhlizdәki kimi, parketin bәzi yerlәri korlanmışdı
deyә, üstünә ağ xalı salmışdılar.
– Əylәşin, zәhmәt olmasa...
Mәnә divarın qabağındakı, üstündә mәxmәr balışları olan
divanı göstәrdi vә mәndәn solda da özü әylәşdi.
   74   75   76   77   78   79   80   81   82   83   84