Page 74 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 74
Ïàòðèê Ìîäèàíî
Üçüncü fotoda – bizimlә “yay yemәkxanası”nda şәkli olan

qadın çәkilib. Bilyard stolunun yanındadır, әlindә kiy tutub. Açıq
rәngli saçları çiyinlәrinә tökülüb. Freddinin yanına görәsәn bu
qadınımı gәtirmişdim? Digәr şәkildә o, hansısa eyvanın sürahisinә
dirsәklәnib.

Üzәrindә Nyu-York mәnzәrәlәri olan poçt kartı: “Hovard de
Lütsa (müsyö Rober Brün üçün). Valbrez. Orn”. Oxuyuram:

“Əziz Bob. Amerikadan salam. Tezliklә görüşәnәdәk. Freddi”.
Bu isә qәribә sәnәddir, üzәrindә rәsmi qeyd dә var:

ARGENTİNA RESPUBLİKASININ
BAŞ KONSULLUĞU

№106
İşğal olunmuş әrazidә Yunanıstanın maraqlarını tәmsil edәn
Argentina Respublikasının Fransa Baş konsulluğu bununla tәsdiq
edir ki, 1914-1918-ci illәrdә dünya müharibәsi zamanı Saloniki
şәhәrinin arxivlәri yanğın nәticәsindә mәhv olub.

Paris, 15 iyul 1941-ci il.
Yunanıstanın maraqlarını tәmsil edәn
Argentina Respublikası
Baş konsulu.

Anlaşılmaz bir imza, altında isә makinada belә yazılıb:
R.L. de Olivyera Sezar, Baş konsul.

Mәnәm? Yox, adı Pedro deyil axı.
Kiçik bir qәzet parçası:
   69   70   71   72   73   74   75   76   77   78   79