Page 71 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 71
Qaranlûq dökanlar kö÷ÿsi 71
divara sancılmış şәkillәriylә vә kim bilir, bәlkә dә bu şәkillәrin
birindә dördümüz dә, ya da elә ikimiz – Freddi ilә mәn qol-qola
çәkilmişik. Bob bilyarda söykәndi ki, qәlyanını alışdırsın. Mәn
gözümü әsas pillәkәndәn çәkә bilmirdim, o pillәkәndәn ki, “hәr şeyi
möhürlәdiklәrinә görә” onunla yuxarı qalxmağın mәnası yox idi.
Biz yan qapıdan çıxdıq vә o, açarı iki dәfә çevirib, kilidi bağ-
ladı. Artıq tam qaranlıq idi.
– Mәn gәrәk Paris qatarına yetişim... – dedim.
– Ardımca gәlin.
Əlimdәn tutub daş hasar boyunca apardı. Biz keçmiş tövlәlәrә
yaxınlaşdıq. O, şüşәli qapını açıb, kerosin lampasını yandırdı.
– Elektriki çoxdan kәsiblәr... Su isә yaddan çıxıb...
Biz tәn ortasında tünd rәngli ağacdan düzәlmiş masa vә
toxunma stullar duran otağa girdik. Divarlardan çini vә mis
boşqablar asılmışdı. Pәncәrәnin üstündә qaban başı.
– İndi mәn sizә hәdiyyә verәcәm.
Otağın küncündәki sandığa tәrәf gedib onu açdı. Bir qutu
çıxardı. Qapağının üstündә belә yazılmışdı: “Lefevr Yutil peçenyesi
– Nant”. Qutunu masanın üstünә qoydu.
– Siz Freddinin dostu olmusunuz, hә? – deyә mәnә yaxınlaşıb,
titrәyәn sәsiylә soruşdu.
– Hә.
– Onda bunu sizә bağışlayıram... – O, qutuya işarә etdi. – Bu,
Freddinin xatirәsidir... onlar evdәki әşyaları yazmağa gәlәndә,
xilas edә bildiyim xırım-xırda şeylәrdi...
O, çox hәyәcanlı idi. Mәnә hәtta elә gәldi ki, gözlәrindә yaş
da parladı.
– Mәn Freddini çox istәyirdim... Onu lap uşaq vaxtlarından
tanıyırdım... Xәyalpәrәst idi... Hәmişә mәnә deyirdi ki, yelkәnli