Page 75 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 75
Qaranlûq dökanlar kö÷ÿsi 75

HOVARD DE LÜTS AİLƏSİNİN
ƏMLAKI HAQDA

Dövlәt Mülkiyyәti İdarәsinin sәrәncamına әsasәn,
Valbrezdә (Orn), Sen-Lazar qәsrindә 7 vә 11 apreldә
daşınar әmlakın hәrracı keçirilәcәk:
İncәsәnәt vә mәişәt әşyaları
-qәdim vә müasir-
Şәkillәr – Çini mәmulatı – Kaşı – Xalılar – Yataq lәvazimatı
– Süfrәlәr – “Erar” fabrikinin royalı vә sairә.
Əşyalar baxış üçün 6 aprel, şәnbә günü, saat 14 – 18 arasında,
habelә hәrrac günü sәhәr saat 10 – 12 arasında açıq olacaq.

Üzәrinә yonca yapışdırılmış konverti açıram. İçindә xırda
fotoşәkillәr var: birindә Freddi, digәrindә mәn, üçüncüsündә
Gey Orlova, sonuncusunda da sarısaçlı cavan qadın.

Elә orda da Dominikan Respublikasının boş pasportunu
tapıram.

Tәsadüfәn, sarışın qadının şәklini çevirib, arxasında göy
mürәkkәblә yazılmış telefon nömrәsi görürәm, xәtt qarışıqdır,
Amerikadan gәlәn poçt kartındakı kimi:

PEDRO: ANJU 15-28.

13

Görәsәn, neçә dәftәrçәdә bu nömrә, mәnim nömrәm hәlә
durur? Bәlkә bu kiminsә kontorunun telefonudur – orda mәni
bәlli günlәr, nahardan sonra bәlli saatda görmәk olardı?

Mәn ANJU 15-38 yığıram. Uzun siqnallar, amma kimsә
dәstәyi qaldırmır. Görәsәn bu boş mәnzildә, çoxdan heç kәsin
yaşamadığı vә bu gün telefonu әbәs yerә zәng çalan bu otaqda
mәnim izlәrim hәlә qalırmı?
   70   71   72   73   74   75   76   77   78   79   80