Page 78 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 78
Ïàòðèê Ìîäèàíî

sәlahiyyәtli nazir (arvadı ilә).
Alberto Puiq Arosemena. Birinci katib (arvadı ilә).
Alfredo Qanqotena. Üçüncü katib (arvadı ilә).
Karlos Qusman. Attaşe (arvadı ilә). İyena avenyu, 21 (16).

Salvador

Rikes Veqa. Fövqәladә sәfir.
Mayor X.G.Viço. Hәrbi attaşe (qızı ilә).
F. Kapurro. Birinci katib. Luis...

Hәrflәr gözümün önündә rәqs edir artıq... Mәn kimәm?

15

Sola dönürsünüz vә Kambaseres küçәsinin bu hissәsindәki
boşluq, sükut sizi heyran qoyur. Bir dәnә dә maşın yoxdur. Mәn
bir mülkün qarşısından ötürәm, vestibülündәn asılmış büllur
çilçıraqda sayrışan rәngbәrәng ulduzlardan gözlәrim qamaşıb
qıyılır – günәşin şüaları düşüb üstünә.

10-bis – dar, beşmәrtәbә binadır. İkinci mәrtәbәsindә hündür
pәncәrәlәr var. Üzbәüzündә polis nәfәri postda durub.

Giriş qapısının bir tayı açıqdır, pillәkәndә işıq yanır. Boz
divarları olan uzun dәhliz. İçәridә dördkünc şüşәlәri olan çәrçivәli
bir qapı var – yaylıdır vә yayı çox sәrt olduğundan, zorla açıram.
Pillәkәndә xalça-zad yoxdur.

İkinci mәrtәbәdә bir qapının qarşısında dururam. Qәrara
almışam, bütün sakinlәrdәn bir-bir soruşum ki, sizin telefonunuz
ANJU 15-28 olubmu, amma boğazımda elә bil qәhәr mәni boğur,
çünki belә bir sualın nә qәdәr qәribә sәslәndiyinin fәrqindәyәm.
Qapının üstündә mis lövhә var. Oxuyuram: ELEN PİLQRAM.

Zәng cızıltıyla, qırıq-qırıq çaldı. Şәhadәt barmağımı düymәdәn
uzun müddәt çәkmәdim. Qapı aralandı. Qısa, külrәngli çal saçları
olan bir qadın başı göründü.
   73   74   75   76   77   78   79   80   81   82   83