Page 83 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 83
Qaranlûq dökanlar kö÷ÿsi 83
– Gedәndә?
– Hә dә... Sizinlә gedәndә, Mejev...
Çiyinlәrini elә çәkdi ki, elә bil bu fakt mәnә bәlli olmalıydı.
– Mәnә elә gәlir ki, mәn bu mәnzildә çox yaşamamışam.
– Bir neçә ay; Denizlә birgә...
– Bәs siz burda bizә qәdәr dә yaşamısınız?
O, qayğılı-qayğılı mәnә baxdı. Nә deyә bilәrdim axı. Mәn
ondan da az bilirdim.
– Əlbәttә... Bәs necә... Bu axı mәnim mәnzilimdir... Mәn
Denizә ona görә burda yaşamaq tәklif etmişdim ki, özüm Parisdәn
getmәyә hazırlaşırdım...
– Bağışlayın... Fikrim başqa yerdәydi.
– Denizә bura çox rahat idi... Tikiş emalatxanası düzәltmәk
üçün burda kifayәt qәdәr yer vardı. Bәlkә, Deniz dәrzidir?
– Başa düşә bilmirdim ki, bu mәnzildәn niyә çıxdıq... – dedim.
– Mәn dә...
Yenә sual dolu baxışlar. Demәyә sözüm yox idi. Mәn ondan
xeyli az bilirdim.
Bütün bunlardan sadәcә olaraq xәbәrim yox idi. Sonadәk
yanmış siqaretin kötüyü indi әlimi yandırırdı vә nәhayәt, onu
külqabıya atdım.
– Biz bura köçәnәdәk sizinlә görüşürdük? – deyә cәsarәtlәndim.
– Hә, görüşmüşdük. İki-üç dәfә. Sizin hoteldә...
– Hansı hoteldәydim?
– Kambon küçәsindә. “Kastiliya” hoteli. Denizlә qaldığınız
yaşıl otaq yadınızdadır?
– Hә.
– Siz “Kastiliya”dan ona görә çıxdınız ki, özünüzü orda
tәhlükәsiz hiss etmirdiniz... Elәdirmi?
– Hә, elәdir.
– Doğrudan qәribә dövr idi...