Page 85 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 85
Qaranlûq dökanlar kö÷ÿsi 85

– Hә... Deniz deyirdi... Deyirdi ki, Mejev etibarlı yerdir... Vә
bir dә deyirdi ki, bir şey olsa, ordan sәrhәdi keçmәyә hәmişә
imkan olacaq...

– Hә, әlbәttә...
Davam etmәyә cәsarәtim çatmırdı. Görәsәn, nәdәn mәni әn
çox maraqlandıran mәqamlara yetişәndә bir tәrәddüd, bir qorxu
baş qaldırır içimdә? Amma baxışlarından görürdüm ki, o da
mәndәn izahat gözlәyir. Amma ikimiz dә susurduq. Nәhayәt,
onun cәsarәti çatdı:
– Mejevdә nә baş verdi axı?
Bunu elә israrla soruşdu ki, ilk dәfәydi özümü çәtin vәziyyәtdә
– bәlkә çәtin dә yox, lap çarәsizlik içindә hiss etdim – o çarәsizlik
ki, qarşındakı maneәni nә çalışqanlığın, nә mәnәvi keyfiyyәtlәrin,
nә dә xoş niyyәtin hesabına aşa bilmәyәcәyini dәrk etdiyin an
ruhuna hakim kәsilir – düz hәmin keçilmәz sәdlә üz-üzә duranda.
– Sizә danışaram bunu... gәlәn dәfә...
Yәqin o an baxışımda, ya da sәsimdә möhkәm çaşqınlıq
sezildi, çünki әlimi sıxdı vә mәnә tәskinlik verirmiş kimi dedi:
– Bağışlayın ki, sizә belә suallar verirәm... Amma... Deniz...
mәnim rәfiqәm idi...
– Başa düşürәm...
O, ayağa qalxdı.
– Bircә dәqiqә dayanın...
Çıxdı. Mәn ayaqlarımın altındakı işıq lәkәlәrinә baxdım –
günәş şüaları ağ, yun xalçanın düz üzәrinә düşürdü. Sonra
parketә, düzbucaqlı masaya vә Deniz adlı birisinә mәxsus olan
köhnә manekenә nәzәr saldım. Yәni belә bir şey ola bilәrmi ki,
bir zamanlar yaşadığın yeri qәti tanımayasan?
O qayıtdı, әlindә nәsә vardı. İki kitab, bir dә dәftәrçә.
– Deniz gedәrkәn bunları unudub. Budur... Götürün...
   80   81   82   83   84   85   86   87   88   89   90