Page 82 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 82
Ïàòðèê Ìîäèàíî

düşürәm bәzәn... Bu küçәdәn keçәndә cәsarәt elәdim... ki, bura
qalxım... ki... qaytarmaq istәyirәm...

Mәn nahaq yerә dәqiq sözlәr, ifadәlәr axtarırdım, amma bu-
nun artıq heç bir әhәmiyyәti yox idi, çünki o artıq gülümsünürdü
vә elә hәmin bu tәbәssümündәn anladım ki, mәnim davranışım
onu tәәccüblәndirmәyib.

– Demәk istәyirsiniz ki, keçmişi, gözәl günlәri qaytarmaq
istәyirsiniz?

– Hә. Elәdir... Gözәl keçmişi.
Divanın baş tәrәfindәki alçaq masadan qızılı qutu götürüb,
açdı. İçindәki siqaret idi.
– Yox, tәşәkkür edirәm, – dedim.
– Atmısınız? İngilisinkidir. Mәnim axı yadımdadır, siz ancaq
ingilis siqaretlәri çәkirdiniz... Hәr dәfә burda Denizlә, üçümüz
yığışanda, siz mәnә bir zәnbil ingilis siqareti gәtirirdiniz...
– Hә, elәdir...
– Siz Dominikan missiyasında ürәyiniz istәyәn qәdәr siqaret
tapa bilirdiniz...
Mәn әlimi qızılı qutuya uzadıb bir siqaret götürdüm, baş vә
şәhadәt barmaqlarım arasında tutdum. Sonra daxilәn bir qәdәr
narahat olsam da, ağzıma qoydum. Özününkünü odlayandan
sonra alışqanı mәnә verdi. Yanana kimi iki-üç dәfә çırtıldatdım.
Bir qullab aldım. Lakin elә hәmin an ciyәrimi elә bil yüngülcә
iynәlәdilәr, öskürdüm.
– Yadırğamışam, – dedim.
Bilmirdim, bu siqareti necә başımdan elәyim, elә tüstülәdә-
tüstülәdә baş barmağımla şәhadәt barmağım arasında tutub
durmuşdum.
– Demәli, siz indi, – dedim, – burda yaşayırsınız?
– Bәli. Deniz barәdә bir şey öyrәnmәk mümkün olmayandan
sonra, yenә bura yığışdım... Onsuz da gedәndә özü mәnә demişdi
ki, bu mәnzilә qayıda bilәrәm...
   77   78   79   80   81   82   83   84   85   86   87