Page 84 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 84
Ïàòðèê Ìîäèàíî

– Hansı dövr?
Cavab vermәdi vә daha bir siqaret yandırdı.
– İcazә versәniz, sizә bir neçә fotoşәkil göstәrәrәm...
Pencәyimin qoltuq cibindәn artıq heç ayrılmadığım konverti
çıxardım. “Yay yemәkxanası”ndakı şәklimizi göstәrdim – Freddi
Hovard de Lüts, Gey Orlova, tanımadığım qadın vә mәn.
– Görün mәni tanıya bilirsiniz?
O, fotoya işıqda baxmaq üçün çöndü.
– Denizlә sizsiniz, amma o biri iki nәfәri tanımıram...
Demәli, bu qadın Deniz imiş.
– Siz Freddi Hovard de Lütsü tanımırsınız?
– Yox.
– Bәs Gey Orlovanı?
– Yox.
Deyirәm, insanlar bir-birindәn necә aralı düşüblәr, necә
yadlaşıblar ey... Heç yaxın dostlar da bir-birini tanımır... Heyif.
– Mәndә daha iki şәkil var.
Ona kiçik vәsiqә şәklini, bir dә Denizin sürahıya söykәnib
durduğu şәkli göstәrdim.
– Bunu görmüşәm... Mәncә, bu şәkli mәnә dә göndәrmişdi,
Mejevdәn... Bilmirәm hara qoymuşam...
Şәkli ondan alıb, diqqәtlә baxdım. Mejev. Denizin arxasında
hündür taxtaları olan pәncәrә görünürdü. Hә, taxtalar, sürahı,
eyvan, – çox mümkün ki, bu, elә yaylaq evidir.
– Necә olursa-olsun, bizim Mejevә köçmәyimiz qәribә iş idi,
– deyә qәflәtәn dillәndim. – Deniz bu barәdә fikirlәrini sizinlә
bölüşmәmişdi?
O, vәsiqә şәklinә baxırdı. Onun nә deyәcәyini sәbirsizliklә,
ürәyi çırpınaraq gözlәyirdim.
Başını qaldırdı:
   79   80   81   82   83   84   85   86   87   88   89