Page 70 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 70
Ïàòðèê Ìîäèàíî

– Mәncә o, Freddinin uşaqlıq dostu idi.
– O, xanımla da gәlirdi?
– Hә. İki-üç dәfә. Xanım fransız idi. Hamısı bir yerdә gәlmişdi
– dördü dә, rus qızı vә Freddiylә... Nәnә ölәndәn sonra...
O qalxdı.
– Bәlkә qayıdaq? Hava soyuyur...
– Artıq hava qaralmışdı vә biz “yay yemәkxanası”nda yerlәşdik.
– Bura Freddinin әn sevimli otağıydı... Gecә saat neçәyә kimi
burda otururdular, o, rus qızıyla, latınamerikalı da öz xanımıyla...
Divanın konturları pozulurdu, tavana kölgәlәrin şәbәkәlәri
düşürdü. Mәn dә bizim keçmiş görüşlәrimizin, yığıncaqlarımızın
havasını almağa çalışırdım...
– Onlar bura bilyard qoymuşdular... Əsasәn, latınamerikalının
rәfiqәsi oynayırdı... Hәmişә dә udurdu... Mәnә inana bilәrsiniz,
mәn dә bir neçә dәfә oynamışam onunla... Baxın, bilyard hәlә
burdadır...
O, mәni qaranlıq dәhlizә dartdı, cib fәnәrini yandırdı vә biz
yerinә kaşı döşәnmiş geniş holla çıxdıq; burdan yuxarı pillәkәn
qalxırdı.
– Evin әsas girişidir.
Pillәkәnin altında hәqiqәtәn bilyard gördüm. O, fәnәrlә işıq
saldı. Ağ şar lap mәrkәzdә durmuşdu, elә bil partiyanı yarımçıq
kәsmişdilәr vә indicә davam etdirәcәkdilәr. Vә Gey Orlova, ya
bәlkә, mәn, ya da Freddi, mәnimlә gәlmiş hәmin o sirli fransız
qızı, yaxud Bob – kimsә zәrbә üçün stolun üstünә әyilib artıq.
– Görürsünüz, bilyard hәlә dә burdadır...
O, fәnәrin işığını әsas pillәkәnә saldı.
– Yuxarı qalxmağın bir mәnası yoxdur... Bütün qapılar
möhürlәnib...
Mәn fikirlәşdim ki, Freddinin yataq otağı yәqin ki, yuxarıda
imiş. Əvvәl uşaq otağı olub, sonra cavan oğlanın kitab rәflәriylә,
   65   66   67   68   69   70   71   72   73   74   75