Page 67 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 67
Qaranlûq dökanlar kö÷ÿsi 67
– O vaxtdan bәri mәn dә gözlәyirәm... İstәrdim bilim ki,
mәnә nә etmәk fikrindәdirlәr... Axı hәr bir halda mәni götürüb
çölә ata bilmәzlәr ki...
– Siz harda yaşayırsınız?
– Keçmiş at tövlәlәrindә. Freddinin babası onları yaşayış
üçün tәzәdәn qurmuşdu.
O, qәlyanını dişindә sıxıb mәnә baxırdı:
– Bәs siz? Amerikada Freddi ilә necә tanış olmuşdunuz?
Bundan danışın.
– Eh... Uzun әhvalatdır bu...
– Bәlkә bir az gәzәk? Mәn sizә parkı göstәrәrәm...
– Mәmnuniyyәtlә.
O, şüşәli qapını açdı vә biz daş pillәkәnlә endik. Qarşımızda
evә tәrәf gәlәndә rastıma çıxan, zorla yarıb keçdiyim otluq kimi
başqa bir otluq da vardı, amma buranın otu xeyli az idi. Böyük
tәәccübümә sәbәb olan bu idi ki, binanın arxa tәrәfi fasadına qәti
uyğun gәlmirdi – onu boz daşdan tikmişdilәr. Damı da fәrqliydi:
saysız-hesabsız maili elementlәrlә düzәldiyindәn ilk baxışdan
18-ci Lüdovik zamanının sarayına bәnzәyәn ev, bu tәrәfdәn 19-
cu әsrin axırlarında tikilmiş, indi dә Biarrisada tez-tez tәsadüf
edilәn kurort villalarına oxşayırdı.
– Mәn parkın bu hissәsinә qulluq etmәyә çalışıram, – dedi. –
Amma tәkbaşına çәtindir.
Biz çәmәnliyin qırağıyla uzanan, çınqıl sәpilmiş xiyabandan
keçdik. Sol tәrәfimizdә, sәliqәylә budanmış adam boyda kollar
vardı. Onlara işarә etdi.
– Labirint. Onları Freddinin babası әkib burda. Bacardığım
kimi qulluq edirәm. Heç olmasa nәsә әvvәlki kimi qalsın da.
Biz “labirint”in içinә yan keçiddәn girdik vә yaşıl tağdan
keçmәk üçün başımızı әyәsi olduq. Burda çoxlu keçidlәr kәsişir,