Page 62 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 62
Ïàòðèê Ìîäèàíî
O yumruğunu masaya çırpdı vә bu vaxt duzlu balıq solyankası
gәtirdilәr, restoranın sahibәsi isә üzündә yaltaq bir ifadә ilә bizә
yaxınlaşdı:
– Müsyö Hovard... “Qızıl içalat” bu il necә keçdi?
Lakin o, qadının dediyini eşitmәdi, mәnә sarı әyildi.
– Əslindә, – dedi, – biz gәrәk Mavriki adasından getmәyәydik...
11
Köhnә, boz-sarı, balaca vağzal, naxışlı beton çәpәr, arxasında
mәnim şәhәrәtrafı vaqondan düşәndә gördüyüm perron. Bomboş
vağzal meydanı – tәkcә yaxınlıqdakı ağacların altında tәkәrli
konkisürәn bir oğlan gözә dәyir.
Lap çoxdan mәn dә burda oynayırdım, deyә, fikirlәşdim. Bu
sakit guşә mәnә hәqiqәtәn nәlәrisә xatırladırdı. Mәnim babam
Hovard de Lüts Paris qatarının qabağına mәni qarşılamaq üçün
gәlirdi – bәlkә, әksinә, mәn onu qarşılayırdım? Bәlkә dә yay
axşamlarında onu burda nәnәmlә – qızlığında Meybl Dounehyu
olan nәnәmlә birlikdә gözlәyirdim.
Vağzaldan o tәrәfdә şose kimi enli bir yol var, amma maşın
gözә dәymir. Mәn elә vağzal meydanının beton çәpәriylә eynisi
olan parkın yanından ötürәm.
Yolun qarşı tәrәfindә bir dam altında dükanlar düzülüb.
Onlardan sonra yaşıllığa qәrq olmuş mehmanxana gәlir – tindә,
dikinә qalxan küçәnin tinindәdir. Heç fikirlәşmәdәn ora dönürәm
– Valbrezin xәritәsini artıq öyrәnmişәm. Hәr iki yanında ağaclar
olan küçәnin sonunda qala divarlarını xatırladan çox hündür bir
divar var. Barmaqlıqlı darvazanın üstündә çürük, taxta lövhә
vurulub, üzәrindә yazı var vә hәrflәrin yarısını özüm tapmalı
olsam da, birtәhәr oxuya bilirәm: “DÖVLƏT MÜLKİYYƏTİ
İDARƏSİ”. Darvazanın o üzündә sәliqәsiz, qulluq görmәyәn
çәmәnlik var. İçәridә 18-ci Lüdovik üslubunda tikilmiş kәrpic vә