Page 61 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 61
Qaranlûq dökanlar kö÷ÿsi 61
– Bәs bu sarısaçı?
– Yox.
– O sizin qohumunuz Freddinin rәfiqәsiydi.
O birdәn elә bil nәyisә xatırladı:
– Dayanın bir... hә-hә... Freddi Amerikaya getdi... Deyәsәn,
orda aktyor Con Gilbertin nümayәndәsi olmuşdu...
Con Gilbertin nümayәndәsi. Bunu mәnә artıq ikinci dәfә
deyirdilәr, amma nә faydası?
– Bundan ona görә xәbәrdaram ki, mәnә Amerikadan poçt
kartı yollamışdı...
– Saxlamısınız hәmin kartı?
– Yox, amma mәtni әzbәr yadımdadı: “Hәr şey yaxşıdır. Amerika
gözәl ölkәdir. İş tapdım: mәn Con Gilbertin nümayәndәsiyәm.
Atana salam de, Freddi”. Yaman heyrәtlәnmişdim onda...
– Qayıdandan sonra görüşmәdiniz ki?
– Yox. Qayıtdığını heç bilmirdim.
– Əgәr indi sizinlә üzbәüz otursaydı, tanıya bilәrdiniz onu?
– Bәlkә dә yox.
Mәnim cәsarәtim çatmadı ki, Freddi de Lüts olduğuma işarә
edim. Birbaşa sübutum yox idi hәlә. Amma ümidlәrimi üzmürdüm...
– Mәn Freddini tanıyanda, onun on yaşı vardı... Atam mәni
özüylә Valbrezә aparmışdı ki, bir yerdә oynayaq...
Ofisiant bizim masaya yaxınlaşıb Klod Hovardın növbәti
sifarişini gözlәyirdi, amma o heç fәrqinә varmadı, – gözәtçi kimi
mil çәkib durmuş ofisianta fikir vermirdi.
– Əgәr lap düzünü desәm, müsyö, mәnә elә gәlir ki, Freddi
ölüb...
– Elә demәyin...
– Bizim talesiz ailә ilә maraqlandığınızdan çox tәsirlәndim.
Bәxtimiz gәtirmәdi... Görünür, mәn sağ qalan yeganә nümayәn-
dәyәm, – mәn dә görün, dolanmaq üçün nәylә mәşğul olmağa
mәcburam...