Page 64 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 64
Ïàòðèê Ìîäèàíî
O mәnә inamsız baxıb әlini şalvarının cibinә soxdu. İndicә
silah çıxarıb, qorxudacaq mәni. Amma yox. Burun dәsmalını çı-
xardı, alnını sildi.
– Siz kimsiniz?
– Mәn Freddi ilә Amerikada dostluq edirdim, çox qabaqlar.
İndi bilmәk istәyirәm ki, onun başına nә gәlib.
Kişinin sifәti aydınlaşdı:
– Amerikada? Freddiylә Amerikada dostluq etmisiniz?
“Amerika” sözü onu öz sehrinә salmışdı. Az qalmışdı mәni
basıb öpә – Freddi ilә “Amerikada” dostluq etdiyimә görә.
– Amerikada? Demәli, o nümayәndә olanda, siz dә vardınız...
– Con Gilbertin nümayәndәsi...
Onun bütün şübhәlәri bir anda dağıldı. Hәtta әlimdәn dә tutdu.
– Gedәk.
Mәni sol tәrәfә, daş hasarın yanına çәkdi – orda ot az idi,
köhnә cığırın yeri hiss olunurdu.
– Mәn çoxdan Freddidәn heç bir mәlumat almıram, – deyә,
ciddi tәrzdә dillәndi.
Onun yaşıl kostyumu lap nimdaş idi, çiyinlәrinә, dirsәklәrinә
dәri yamaqlar vurulmuşdu.
– Siz amerikalısınız?
– Bәli.
– Freddi mәnә Amerikadan bir neçә poçt kartı göndәrmişdi.
– Saxlamısınız onları?
– Əlbәttә.
Biz qәsrә tәrәf addımladıq.
– Siz qabaqlar burda olmamısınız? – deyә soruşdu.
– Yox. Heç vaxt.
– Bәs onun ünvanı hardandır sizdә?
– Onu mәnә Freddinin әmisi oğlu, Klod de Lüts verdi...