Page 69 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 69
Qaranlûq dökanlar kö÷ÿsi 69
– Bax, yәqin o sizә deyә bilәrdi ki, Freddi indi hardadır...
Ondan soruşmaq lazımdır...
– Bәs bu qarasaç? Rus qızının yanındakını deyirәm...
O, şәklә sarı bir az da artıq әyildi ki, daha yaxşı görә bilsin.
Ürәyim bir az da bәrk çırpındı.
– Hә dә... Onu da tanıyıram... Dayanın... Əlbәttә... Freddinin
dostudur... O bura Freddi, hәmin rus qızı vә daha bir qızla
gәlmişdi... Mәncә latınamerikalıdır-nәdir...
– Sizә elә gәlmir ki, o mәnә oxşayır?
– Hә... Ola bilәr... – deyә inamsız dillәndi.
Bax, indi aydınlaşdı ki, mәnim adım Freddi de Lüts deyilmiş.
Mәn hündür ota baxırdım – batan günәşin şüaları artıq çәmәnin
yalnız qırağını tuturdu. Mәn burda heç vaxt amerikalı nәnәmin
qoluna girib gәzmәmişәm. Uşaq vaxtı heç vaxt bu “labirint”dә
oynamamışam. Elә yellәncәklәri olan paslı turniki dә mәnimçün
qoymayıblar. Amma çox heyif.
– Deyirsiniz, latınamerikalıydı?
– Hә, amma fransızca elә bizim kimi danışırdı...
– Bura tez-tez gәlirdi?
– Çox gәlib.
– Latınamerikalı olduğunu hardan bilirsiniz?
– Bir dәfә necә oldusa, onu bura gәtirmәk üçün dalınca
maşınla Parisә getdim. Mәnә öz iş yerindә görüş vermişdi...
Latın Amerikası ölkәlәrinin hansınınsa sәfirliyindә...
– Hansı ölkәnin?
– Yoox... Mәndәn çox şey tәlәb edirsiniz...
Gәrәk baş verәn bu dәyişikliklәrә yavaş-yavaş öyrәşәydim.
Mәn artıq Bottenin köhnә kübar toplularında vә hәtta illik
mәcmuәdә adıkeçәn bir ailәnin davamçısı deyildim, izlәrini
tapmaq qat-qat çәtin olan bir latınamerikalıydım...