Page 59 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 59
Qaranlûq dökanlar kö÷ÿsi 59

– Mәn gecikdim. Bağışlayın.
– Eybi yoxdur.
Maraqla mәni süzürdü. Bәlkә tanımışdı?
– Zәnginiz mәni çox maraqlandırdı, – dedi.
Özümü gülümsәmәyә mәcbur etdim.
– Xüsusilә dә Hovard de Lüts ailәsinә olan marağınız... onla-
rın sonuncu nümayәndәsi mәnәm, müsyö...
Bu sözlәri bir qәdәr istehzayla, özünә gülürmüş kimi dedi.
– Amma mәnim familim indi sadәcә Hovarddır. Belә daha
asan olur.
Vizit kartını mәnә uzatdı.
– Vacib deyil ki, siz elә mәnim sifariş etdiklәrimi seçәsiniz.
Mәn axı restoranlar üzrә reportyoram... Bütün mәxsusi yemәklәrdәn
dadmaq zorundayam. Dana çinәdanı vә flamandsayağı balıq
solyankası...
O, köksünü ötürdü. Görkәmindәn hәqiqәtәn çaşqına oxşayırdı.
– Daha bacarmıram... Hәr nә olsa da, mәn yemәyә mәcburam...
Ona sobada qızarmış paştet gәtirdilәr. Mәn salat, meyvә sifariş
etdim.
– Sizә nә var ki... Mәnim çarәm yoxdur... Axşam mәqalә yaza
bilmәliyәm... İndicә “Qızıl içalat” müsabiqәsindәn qayıtmışam...
Münsiflәr heyәtindәydim... Gün yarıma yüz yetmiş pay içalat
yemәli oldum!
Onun yaşını tәyin etmәk çәtin idi: arxaya daradığı qapqara
saçları, tünd-qәhvәyi gözlәri, bәnizinin xeyli solğunluğuna bax-
mayaraq, azacıq neqroid sifәt cizgilәri. Restoranın zirzәmisindә
yerlәşәn alt zalında biz tәk idik. Büllur çıraqlar, solğun-mavi
taxta divar panellәri, üzlüyü atlasdan olan mebel – qısası 18-ci
әsr tәrzinә uyğun düzәlmiş ucuz interyer.
– Sizin telefonda dediklәriniz üzәrindә düşünürdüm... Sizin
maraqlandığınız Hovard de Lüts mәnim qohumum Freddinin özüdür...
– Siz elә güman edirsiniz?
   54   55   56   57   58   59   60   61   62   63   64