Page 54 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 54
Ïàòðèê Ìîäèàíî

– Gey inanırdı ki, mәn ikinci Koul Porter olacam... (Amerika
bәstәkarı (1892-1964), bir sıra populyar müzikllәrin müәllifi)

Qәflәtәn qadın çığırtısı eşidildi. Blantın mәnzilindә idi.
– Orda nә baş verir? – soruşdum.
– Heç nә. Əylәnirlәr.
Kişi sәsi gәldi: “Aç! Aç, Dani!” Gülüş. Qapı çırpıldı.
– Dani mәnim arvadımdır, – Blant pıçıldadı.
O qalxıb işığı yandırdı.
– Gedәk gәzәk bir az.
Biz Müasir İncәsәnәt Muzeyinin qarşısındakı açıqlıqdan ötüb,
pillәlәrdә әylәşdik. Aşağıda, Nyu-York avenyusuyla maşınların
necә şütüdüyünü görürdüm vә bu, buralarda yeganә hәyat әlamәti
hesab oluna bilәrdi. Ətrafımızda bir ins-cins yox idi, hәr şey
sanki dayanmışdı. Hәtta Senanın qarşı sahilindәki Eyfel qüllәsi –
adәtәn sarsılmaz görünәn Eyfel qüllәsi dә bir qalaq dәmir-dümürә
oxşayırdı.
– Burda adam rahat nәfәs alır, – Blant dedi.
Hәqiqәtәn dә ilıq külәk muzeyin qabağındakı açıqlığı da,
heykәllәri dә, indi qaranlıq lәkәlәr kimi görünәn iri sütunları da
ağuşuna almışdı.
– Mәn sizә fotoşәkillәr göstәrmәk istәyirdim, – Blanta dedim.
Cibimdәn zәrf çıxarıb açdım vә iki dәnә şәkil çıxardım: Gey
Orlova, qoca Corcadze vә özümә oxşatdığım adam vә ikinci
şәkildә isә Gey Orlova balaca qız ikәn. Ona birinci şәkli uzatdım.
– Heç nә görünmür, – Blant mızıldandı.
O, alışqanını bir-neçә dәfә çırtıldatdı, amma külәk alovu
söndürürdü. Axırda odu ovcuyla qoruyaraq alışqanını şәklә
yaxınlaşdırdı.
– Bu şәxsә baxın, – dedim. – Sol tәrәfdәki... Lap qıraqda...
– Hә, nәdir ki?
– Siz onu tanıyırsınız?
   49   50   51   52   53   54   55   56   57   58   59